Seksizm

in #az5 years ago

Bu son vaxtların ən dəbdə olan sözüdür. "Seksizm" cəmiyyətdə qadının rolunu görməmək və onu məqam düşdükcə alçaltmaqdan ibarətdir. Fərdi kefiyyətləri görməzdən gəlmək, "o qadındır, bunu o edə bilməz".


image

Amma bu mövzu da bir yerə qədərdir. Bu gün sosial şəbəkələrdə bir mövzu qarşıma çıxdı. Kişi və qadınlar eyni tualetə getməlidir. İctimai yerlərdə olan tualetlərin üzərinə "K" və "Q" yazılması "seksist" addımdır. Yadıma bir lətifə düşdü. Yazmasam olmaz.

Bir qaxlı Kürdəmirdə tualetə gedir. Görür qapının birinə "Q", birinə "K" yazılıb. Elə bilir "Q" qaxlılar üçün, "K" kürdəmirlilər üçündür. "Q" yazılan qapını açır. İçəridəki qadın başlayır qışqırmağa. Qaxlı sakit səslə deyir: "Narahat olma bacı, mən də Qaxdanam".

Hamımız qaxlıyıq və ya qazaxlı, kürdəmirli olanlar utansın.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/10/seksizm

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 63878.79
ETH 3133.72
USDT 1.00
SBD 3.85