Kriptovalyutaların bazar dəyəri 40 trilyon dollar ola bilər

in #az6 years ago

Kriptovalyuta fondu “Pantera Capital”-ın təsisçisi verdiyi açıqlamada kriptovalyuta bazarının 40 trilyon dollara çatacağına inandığını söyləyib.

“Pantera Capital”-ın CEO-su Den Morehed “Bloomberg”-də iştirak etdiyi proqramda kriptovalyutaların hələ də ədalətli bazar dəyərinə çatmadığını qeyd edib:

“Aydındır ki, bu sahədə böyük yüksəliş var. Biz aşağıya getdiyini düşünsək də, Blockchain-in layiq olduğu əsas dəyərdən aşağı nəticə müzakirə mövzusudur. Hazırda bazarın ümumi dəyəri 400 milyard dollardır. Bu göstərici asanlıqla 40 trilyon dollara yüksələ bilər”.

“Pantera Capital”-ın 7 il ərzində Bitcoin haqqında dörd investisiya məsləhəti dərc olunub. Onlardan sonuncusu Bitcoin-in eniş yaşadığı 200 günlük müddətdən sonra “satın almaq” siqnalı verildiyi yönündəydi. Tövsiyələrə əməl edən investorlar mənfəət qazandılar.

Moreher də buna toxunub. Bu durumun Bitcoin-in orta səviyyəli bərpasından sonra belə sadəcə bir “işartı” olaraq qaldığını qeyd edib.

Morehed dekabrın ortalarında yeni ildə Bitcoin-in dəyərinin 50% enəcəyini və daha sonra indiki kimi toparlanma mərhələsinə daxil olacağını söyləmişdi. Toparlanmadan sonra yüksəlişin artacağını da əlavə etmişdi.

2011-ci ildə yaradılan “Pantera Capital”-ın nəzarəti altında təxminən 1 milyard dollar var və bunların təxminən 10 faizi Bitcoin-dədir.

Mənbə: http://kripto.az

Sort:  

Hey @istifadeci, great post! I enjoyed your content. Keep up the good work! It's always nice to see good content here on Steemit! Cheers :)

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.028
BTC 65189.35
ETH 3155.37
USDT 1.00
SBD 2.60