Acgözlük

in #az3 years ago

Qoz qurdu bir növ tırtıl,girə biləcəyi qədər dəlik açar və qozun içinə girər.Qozun içi insan beyninə bənzəyir,qurd onu yeməyə başlayar.Buraya qədər hər şey normaldır,amma doymaq bilməyən qurd durmadan yeyər və yedikcə kökələr.Nəhayət yeyib bitirdikdən sonra qozun içindən çıxmaq istəyər amma açdığı dəlik balaca olduğuna çıxa bilməz.Ən pisi də odurki,yeyilmiş qoz qurumuş və sərtləşmişdir.,buna görədə o dəliyi genişləndirmək artıq imkansızdır.Dəlikdən çıxmağın bir yolu vardır oda arıqlamağı gözləməkdir.Qurd ac qaldıqca arıqlayar və zəif cılız halına dönər.Sonunda bir gün çıxar,amma çıxdığında zaman keçmiş və onun fəsili bitmişdir.Ortada ac ,cılız qurd ilə içi boş sərt bir qoz qalmışdır.

Screenshot_20210731-115634_Instagram.jpg

Bəzi insanlardakı pul,mal-mülk həvəsi və bağlılığı da bu qurdunkuna bənzəyir.Doymaz özünü elə itirərki ,qazandıqca qazanmaq və daha yaxşısını ,çoxunu əlďə etmək istəyər.Çünki xoşbəxt olmaq üçün həmişə daha çoxuna ehtiyac duyar.
Taki,gözü doyub başını qaldırıb artıq bəsdir dediyində baharlar və yazlar bitmiş ,zamansa keçmiş olacaqdır.Geriyə isə ömrünün sonnaharı ,bəlkədə müxtəlif xəstəliklər ,dərmanlar və pəhrizlərlə keçirmək məcburiyyətində qalacağı çox böyük bir "qara qış" qalmış olacaq!!!

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.031
BTC 61744.65
ETH 2678.63
USDT 1.00
SBD 2.59