Kriptovalyuta mayninqi edən WannaMine virusu yayılır

in #az7 years ago

Hackelər bu virusdan istifadə edərək digər insanların kompüterlərinə sızma sayəsində Monero kriptovalyutasını mayninq edirlər. Maraqlı tərəfi odur ki, WannaMine EternalBluenun exploiti əsasında hazırlanıb. EternalBlue isə öz növbəsində keçən il böyük səs-küy yaratmış WannaCry virusunda istifadə olunurdu. Bu dəfə təhlükə altında olanlar yenə də çox təəssüf ki, Windows istifadəçiləridir.

WannaMine kompüterinizin prosessorunu yüksək dərəcədə yükləyərək hackerlərin rəqəmsal valyutanı qazanmasına imkan yaradır. Sözügedən virus saxta yükləmə faylları, browser və əməliyyat sistemindəki açıqlar , məqsədyönlü kiberhücumlar vasitəsilə yayılır. Əsas olaraq da qeyd etmək lazımdır ki, bu dəfə təhlükə altında olanlar yalnızca Windows əməliyyat sistemi əsasında çalışan kompüterlərdir.

image_31970754871144.jpg

image

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60450.32
ETH 2604.48
USDT 1.00
SBD 2.60