Elon Musk-ın Şirkəti Odpüskürən Satışına Başladı

in #az7 years ago

Keçən ilin Dekabr ayı Elon Musk şəxsi Twitter hesabında bildirmişdi ki, əgər onun “Boring Company” şirkəti 500.000 ədəd papaq sata bilsə həmin şirkət odpüskürən satışına start verəcək. Belə görünür, o heç də zarafat etmirmiş.

Reddit portalının istifadəçiləri aşkar ediblər ki, boringcompany.com/flamethrower linkinə keçid edərkən istifadəçilərdən şifrə yığılması tələb olunur.

Screenshot_20180128-143009.png

Həmin şifrə hissəsinə “flame” yazandan sonra isə istifadəçi odpüskürənin ön sifarişi ilə bağlı səhifəyə keçid edir. Həmin səhifədə qiyməti 500$ olan odpüskürəni əvvəlcədən sifariş etmək mümkündür. Ön sifariş səhifəsində odpüskürənin final versiyası prototipdən qat-qat yaxşı olacağı qeyd olunub. Ön sifarişi etmiş alıcılar isə bu cihazı Aprel ayında əldə edə biləcəklər. Lakin çox təəssüfki bundan sonra səhifənin şifrəsi başqa bir şifrəyə dəyişildi və istifadəçilər səhifəyə keçid etmək üçün hansı şifrənin lazım olunduğunu tapmağa çalışırlar.

Sort:  

İp de gedib itde))

Su tapancasi deilki,alovduee😃

Çox maraglıdı

Teshekkur

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60450.32
ETH 2604.48
USDT 1.00
SBD 2.60