Abaddon

in abaddon •  10 months ago 

Bir çoxumuz ədəbiyyat seçimi etdikdə insanların bu barədə danışdıqlarına nəzər salırıq. Bir kitab haqqında 86 xoş, 12 pis rəy varsa oxumağa çəkinirik. Bəzən isə əksinə olur. Kitabı ancaq tərifləndiyinə görə oxumaqdan vaz keçirik(mən adətən o kateqoriyadan olan insanam).Bu streotiplərimi dağıtmaq üçün son zamanlar oxu zövqümün cazibə qüvvəsinin sərhədlərini qıraraq fərqli ədəbiyyat oxumağı yoxlayıram. Belə deyək də tabumu Mark Levi mətnləri ilə pozdum. Sara Jio ilə davam etdim. Gördüm ki, bestseller adı ilə yazılan, çap edilən əsərlər əslində heç də ağır mətnlər deyil(əslində yüngül mətn olduqlarını əvvəl də oxumuşdum).Sadəcə beynimizin gündəlik sosial , iqtisadi, psixoloji və s. gərginliyi üstündən bir az dərin psixoloji kitablarla yüklənməyimiz bizi addım addım ömrümüzün sonuna yaxınlaşdırır.
İndi danışmaq istədiyim kitab Rövşən Abdullaoğlunun “Abaddon”udur.Etiraf edim ki, kitabı bir xətrini çox istədiyim dost müəllifdən imza alaraq mənə hədiyyə edib.Müəllifdən oxuduğum əsərlər illər əvvəl dini mətnlər olduğuna görə kitabı oxumağa girişməyə ürək etmirdim. Kitabın üz qabığında yazılan intelektual , psixoloji, detektiv kəlmələri öz aramızda desək məni lap “təkərə salmışdı”. “Ayə, axı necə ola bilər bu” deyib özümə sual verirdim. Əvvəli çox ağır getdi. Təsəvvür belə edə bilməyəcəyiniz dəhşətli qətllər silsiləsinin açılmasında bir qrup polis işçisinin araşdırması fonunda əsər həm insanların psixoloji motivasiya , həm müxtəlif kütlə psixologiyası, mifik, mistik məlumatlar , dini –elmi mühakimələr və s. Müəllif oxucusuna bir yox bir neçə dəfə mesaj verməyə çalışır. Əsərdə istifadə edilən simvolikalar , bir çox əlaqələndirmələr diqqətli oxucu üçün bir qədər yorucu da ola bilər. Amma əsər çox güman ki, hər intelektual səviyyə insanı üçün yazıldığına görə müəllif bu qədər “çeynənib udmağa hazır məhsul” ortaya qoyub. Ümumilikdə fikrim müsbətdir. Bir müddət əvvəl əsərdə içki barədə verilən mətn tənqidlə qarşılanmışdı. O mətnin qaynağını yalnız və yalnız dinlə əlaqələndirməyə çalışırdı bir çoxları. Amma sizə tövsiyəm (bunu artıq özümə qanun qoymuşam) oxumadığınız mətn barədə tənqidi fikir söyləməyin. Ola bilər ki, müəllifin əvvəl pis bir yazısını oxumusunuz. Ola bilər ki, müəllif hər hansı müsahibəsində sizə qıcıq yaradan fikir söyləyib. Amma o streotiplə bütün yazılarına yanaşmayın. İnanın ki, eyni münasibətə siz də məruz qala bilərsiniz. Qiymətli vaxtınızı sərf edib oxuduğunuz üçün əvvəlcədən təşəkkür edirəm.

abaddon.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations @jale-85! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 10 comments. Your next target is to reach 50 comments.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Support SteemitBoard's project! Vote for its witness and get one more award!