Happy birthday to meesteemCreated with Sketch.

in #kryptonia5 years ago (edited)

Azyaşlı olduğum vaxtlarda ad günümün gəlməsini böyük sevinclə gözləyirdim. Uşaq ağlında idim, nə bilərdim ki, hər ad günüm çatan günü mən ömrümdən bir il itirirəm. O alınan hədiyyələr gözümdə get-gedə dəyərsizləşəcək və mənim üçün dəyərli olan vaxt məndən xəbərsiz yavaş-yavaş geriyə doğru gedəcək. Həyatımın ən maraqlı,ən yadda qalan və ən xoşbəxt olduğum uşaqlıq illəri məndən uzaq düşəcək. İndi isə çalışdığım qədərilə ad günümü əvvəlki kimi təm-tərağlı keçirmirəm.
IMG_20190316_122411_HDR-01.jpeg
Dostlar, tanışlar və əzizlərim sağolsunlar ki, bu gündə məni unutmurlar. Kimisi zəng edir, kimisi yazır, kimilərinin whatsappda durumlarında yer alıram, kimiləri də hədiyyə ilə təbrik edir...
Əslində hədiyyəyə çoxda dəyər verən deyiləm çünki, dəyərsiz əşya parşasıdır, bağışlanan zaman məni duyğulandırsa da sonra yadıma belə düşməz. Amma , elə hədiyyələr vardırki, insana əbədi həyatı göstərən yol kimi , insanın yaddaşında silinməz qalan roman kimi...
Deməli, hər zaman bir Qur'an kitabımın olmasını niyyət etmişdim və gözləmədiyim, tanımadığım biri tərəfindən bu müqəddəs kitab mənə hədiyyə olundu.
IMG_20190317_231742_HDR.jpg
''Əməllər niyyətə görədir. Hər kəs etdiyi niyyətin savabını qazanacaq'' hədisi şərifdə olduğu kimi məndə niyyət etdim və gözlənilməz bir yerdən həddiyyə olundu. Allah bu müqəddəs kitabı hədiyyə edəndən və vasitəçilik edərək savab qazanan şəxslərdən əbədiyyən razı olsun. 19 illik həyatımda aldığım ən bahalı, dəyərini itirməyən və ən müqəddəs hədiyyə oldu mənim üçün.
Son zamanlar oxumaq istədiyim və oxuya bilmədiyim, kitabını axtarsamda əldə edə bilmədiyim Xalid Hüseyninin '' Çərpələng uçuran '' romanı idi. Bu haqqda mənə bacı kimi əziz olan qız dostum məlumatlı imiş... Həmin romanı mənə hədiyyə etdi. O roman haqqında hamının dediyi müsbət fikirlər məni dahada, o oxumadığım və marağında olduğum kitaba bağlayırdıki, nəhayətki istəyimə çatdım.
IMG_20190317_232213_HDR.jpg
Hər zaman mənim yaxşılığımı düşünən o şəxsə sonsuz təşəkkürlərimi bildirirəm. Bilirəm ki, o roman oxuduğum ən maraqlı və yaddaşımda iz buraxacaq roman olacaqdır.Allah ondan razı olsun və bu mehriban dostluğumuzu əbədi etsin...
Əlbəttəki, ad günü tortsuz keçmir. Tələbə evində qalmağıma rəğmən dostlar,tanışlar və atamla birlikdə 10 nəfər yığıldıq, kiçikdə olsa tələbəlik illərinin xatirəsində yer alacaq ad günü keçirdik. Tortu baş tacım olan və məni heç zaman unutmayan Atam almışdı.
InShot_20190317_235412056.jpg
Allah razı olsun ondan da , sağolsunki bu gündə də unutmayıb, əziyyət çəkib, işdən çıxıb gəlmişdi...
Həmin günü olmasa da bu yazını sizlərlə paylaşmaq istədim...
Oxuduğunuz üçün təşəkkürlər...

Sort:  

Doğum günün kutlu olsun @samedli 🎂

Teşekkür ederim 🤗

doğum günün kutlu olsun @samedli 🎂
hediyelerin de çok güzelmiş, sevdiklerinle mutlu yıllar dilerim🌼

Çok teşekkür ederim. Sağolasın😍

Doğum günün kutlu olsun @samedli. Sevdiklerinle beraber nice mutlu yıllara inşallah.

Allah razı olsun. Amin İnŞəAllah 😊🤗

Nice mutlu senelere, doğum günlerin hep mutlu olsun...

Teşekkür ederim. 😊

Doğum günün mübərək. Təbrik edirəm.

Təşəkkür edirəm ♥. Çox, Sağolun🤗

Nice güzel ve gönlünce yaşlar dilerim.

Allah razı olsun 😻

Vay çok güzel biz yazı olmuş @samedli, doğum günün kutlu olsun. Hediyen de çok güzelmiş.

Çok teşekkür ederim 🤗. Minnetdarım

Nice sağlıklı mutlu huzurlu yıllar dilerim Doğum günün kutlu olsun 🎉

Doğum günün kutlu ve mutlu olsun

Posted using Partiko Android

Mən necə də gec qalmışam. Bir gün gəl, müəllimən səni torta qonaq eləsin😘

Bu gün gəlim))))) Nə zaman istəsəz (üz vardaa məndə)) 😈

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
SBD 2.34