Bir ərəbin üç zənəni. Fındığın təzəsi, qoz ləpəsi.

in #tr6 years ago (edited)

Bir dahi kəlam var. Deyir, dağ Məhəmmədə tərəf gəlməyəndə Məhəmməd dağa tərəf getsin. Biz tərəflərdə bu məsələ uyğun bir şeylər oldu. O qədər heç olmasa ömründə bir dəfə də olsa gedib Dubayı , ya haranısa gəzmək arzusu ilə tüstülənən adamlar vardı ki. Və nə oldu? Dubay da bizə gəldi , Suriya da , İraq da və ümumiyyətlə bütün Ərəbistan yarımadası gəldi bizə. Rayon mərkəzinə çıxırsan , hər yan ərəblərlə doludu. Vallah bəlkə də o vaxt Babəkin dövründə bu qədər ərəb gəlməmişdi buralara.


Deməli, qonşumuzda bir ərəb ailəsi kirayədə qalırdı. Bir kişi və yanında üç zənən. Ev yiyəsi də çox tərbiyəli şəkildə bu qadınların birinin bu kişinin xanımı, birinin bacısı, birinin də anası olduğunu zənn edib. Qadınların üzünü görmək mümkün deyil ki. Kişi də təbii ki, şortda. Nəysə, bu tamam başqa mövzudu. Sonra nə məlum olsa yaxşıdı? Bu üç qadın bu kişinin xanımıdı. Ev yiyəsi necə şoka düşübsə. Bir kişinin üç arvadı olmasına yox ha. Bu üç qadının necə mehriban dolanmasına , bir əri necə açıq ürəklə bölüşməsinə. Bu artıq sözün bitdiyi yerdi. Bu artıq insan beyninin həzm edə bilmədiyi bir söhbətdi. O gün mən də marketdə bir alış verişin şahidi oldum. Bir gənc ərəb kişi çanta alırdı , üç dənə. İstəyirdi ki , üçü də eyni olsun. Bu artıq qeyri- mümkünü mümkünə çevirməyin ən bariz nümunəsidi. O ərəblər hətta ailə personallarını bizim üçüncü dərəcəli yanıq xəsarəti almış qadınlarımızın hesabına da artırmaqdadılar. Məsələn, film kimi bir hadisə olmuşdu. Bir ərəb yol kənarında təndir çörəyi satan bir gəlindən xoşlanıb elə ordaca beş manat pul, bir kəllə qənd üsulu ilə onunla evlənib aparmışdı. Bir həftədən sonra gətirib o yol kənarındakı təndirə təhvil verib getmişdi. Qadının əri təbii ki boşanma ərizəsi ilə qadını məhkəməyə vermişdi. Yox film burda bitmir. Qadın elə ordaca tutduğu vəkillə könül alış verişi eləyib məhkəmədəncə çıxıb getmişdilər. Uzun sözün qısası , əvvəllər bizim tərəfə Azərbaycanın İsveçrəsi deyirdilər, indi Ərəbistan yarımadası deyə bilərsiz. Amma çaşmayın ha. Benzin burda bahadı. Qoz ləpəsi tapılmır, fındığı da alan yox...

 

1


Posted from my blog with SteemPress : https://wolfofsteemit.000webhostapp.com/2018/09/bir-%c9%99r%c9%99bin-uc-z%c9%99n%c9%99ni-findigin-t%c9%99z%c9%99si-qoz-l%c9%99p%c9%99si

Sort:  

😂😂😂😂😂
Allah səni güldürsün. Üzümün əzələləri ağrıdı gülməkdən.

Posted using Partiko Android

Congratulations @wolfofsteemit ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2563 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by wolf from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62676.37
ETH 2581.43
USDT 1.00
SBD 2.72