Mənə nərgiz bağışlayın...

in #tr6 years ago

Ağ gülləri sevirəm. Nərgiz isə ən çox sevdiyim güldü. Birinci il işə başlamışdım. Bir sinfim vardı. Çoxu əla oxuyan uşaqlar idi. Onlarla bir şərtimiz oldu. Əgər ali məktəbə daxil olsalar mənə nərgiz gülləri göndərəcəkdilər. Şagirdlərim ali məktəbə qəbul oldular. Nərgizlərim gəlmədi. Amma bu mənim nərgizləri sevməyimə qətiyyən əngəl olmadı. O zaman çox gənc idim. O şagirdlərim mənə gözlənti adlı bir nəsnənin insan üçün ağır yük olduğunu öyrətdilər. O almadığım nərgizlər ilk xəyal qırıqlığım oldu. Eyni zamanda çox böyük bir dərs oldu. Deyim ki, mən bir yanlışı dəfələrlə edən insanam.Hərdən özüm özümü sorğulamaqdan yoruluram. Əlvidalara sığa bilmədiyim üçün. Mənim leksikonumda əlvida kəlməsi yoxdu və bunun çox əziyyətini çəkirəm. Bir söz vardı deyirlər, yatmış hissləri oyatmaq olur, ölmüş hissləri isə heç olmur. Mənim ən böyük faciəm hisslərimin heç vaxt ölməməsidi. Hər insanın yeri var həyatımda. Pis və ya yaxşı. Onlardan tamamən qurtula bilmirəm və hamısına səslənmək istəyirəm: " Lütfən həyatıma girəndə mənim bu gərəksiz özəlliyimi nəzərə alın. Sizin əhvalınızdan asılı olaraq qırıb tökdüyünüz o nələrisə günlərlə toparlaya bilmirəm. Həyatsa yanımdan sürətlə keçib gedir."
Hardan hara gəldim. Nərgizlərim, sizi sevirəm.
20190318_130007.jpg Mənə nərgiz bağışlamaq istəyən adam, səni lap çox sevirəm, varsansa...

Sort:  

Qaçay demiş, "xanım, sizin neçə yaşınız var, sizinlə tanış olmaq olar?" Reyman demiş, "derdim olsun", sənin dərdin də nərgiz olsun.

Bakarsın bir gün biri kapını çalar elinde nergizlerle, hayat bu kim bilir ne olacağını...


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65266.27
ETH 2639.14
USDT 1.00
SBD 2.84