Öyrənilmiş çarəsizlik

in #steempress6 years ago (edited)

Photo

Psixologiyada "Öyrənilmiş Çarəsizlik" deyilən bir deyim var.
Öyrənilmiş çarəsizlik; zehnin ortaya çıxara biləcəyi bütün davranışların nəticə üzərində heç bir müsbət dəyişikliyə təsirinin olmayacağının, nə edilsə edilsin mənfi vəziyyətin yaxşıya doğru gətiriləməyəcəyinin öyrənilməsidir.

Öyrənilmiş çarəsizlik anlayışı ilk olaraq Pensilvaniya Universitetində heyvanlar üzərində təcrübə edilmişdir. Üç fərqli it qrupu üzərində "qaçma, bağlı və nəzarət" edilmə şəklində aparılan təcrübəyə əsasən bu qənaətə gəlinmişdir;
1-ci qrup (qaçma) itə pedala basdığında elektrik şokunun dayanması haqqı verilmişdir və ona basdıqlarında elektrik şoku dayanacaqmış. 64 elektrik şoku verilməsinə baxmayaraq itlər bir neçə təcrübədən sonra şoku dayandırmağı öyrənmişlər və qaçmışlar.
2-ci qrup (bağlı, çarəsiz) it qrupuna isə pedala bassa da elektrik şokunun dayanmayacağı təcrübə edilmişdir.
3-cü qrup (nəzarət altında) itə isə birinci mərhələ də heç bir təcrübə aparılmamışdır.
Təcrübənin ikinci mərhələsində isə iki hissəli bir qutu hazırlandıqdan sonra qutulardan birinə şokdan 1 dəqiqə əvvəl xəbərdarlıq siqanlı verən siqnal əlavə etmişdlər. Daha sonra 3 qrup iti də bu qutuya salıblar. Daha öncəki təcrübəni əsas alan (qaçma və nəzarət altında olan itlər) "təhlükəsiz hissəyə" keçsələr də bağlı, çarəsizlik ilə təcrübə edilmiş itlər şok dalğasında qalaraq ölmüşlər.
İkinci qrupdakı itlər elektrik şokundan qaçmaq üçün çox az səy göstərmişlər, bu vəziyyətə instikdəki əksiklik olaraq qiymətləndirilmişdir. Ayrıca bu qrupdakı itlər şoku kəsmək üçün hər hansı bir davranış göstərmədikləri və qutu içində yataraq şokun gəlməsini gözləyiblər. Çünki bundan öncəki təcrübədə öyrənmişdilər ki, nə etsələr də şoku saxlamağı bacarmayacaqlar.
Bu təcrübəni Azərbaycana şamil etməyi heç istəmirəm, amma görünən kənd üçün rəhbərə ehtiyac yoxdur. Mərhələli şəkildə hərşeyimizi əlimizdən alırlar. Və insanların beynində bir fikir formalaşıb "nə etsək də xeyri yoxdur" onsuzda bunlar öz bildikllərini edəcəklər!


Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/2018/08/oyr%c9%99nilmis-car%c9%99sizlik
Sort:  

Bütün lazımi testləri praktik cəhətdən Azərbaycanda sınasaq əks effekt verəcək. Buna tam əminəm.

Məncə yoxlamağa dəyər

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.033
BTC 65012.58
ETH 3101.28
USDT 1.00
SBD 3.86