Alman inqilabının memarı

in #steemix5 years ago (edited)

alman inqilabı.png

Kurt Eisner Alman inqilabının memarlarından biridir. 1918-ci ildə imperiyanı respublikaya çevirən Kurt özü də Bavariyanın baş nazirinə çevrilir. 700 illik Vittelşbax monarxiyasını devirən Eisner sosial demokrat reformlara başlayır. Təbii ki, ölkənin geriçi və mühafizəkar hissəsi tərəfindən də sevilmir. Gözlənilməz anda, 21 fevral 1919-cu ildə arxasından vurulan güllə ilə öldürülür. Qatil Anton von Arko adlı bir millətçi olur.

Anton von Arkonun anası yəhudi olmağına baxmayaraq Eisnerdən yəhudiliyinə görə zəhləsi gedirdi və onu bolşevik sayırdı.İrqçi Tule cəmiyyətinə qoşulmaq istəsə də anası yəhudi olduğu üçün bu cəmiyyətə qəbul edilmirdi. Tule cəmiyyəti Eisneri qaçırmağa çalışmışdısa da bunu bacarmamışdı. Rudolf Qlauer Eisneri qaçırmaq üçün plan qursa da buna nail olmadı.

Anton von Arkonun Tule cəmiyyətinə qoşulmaq üçün bu cinayəti işlədiyi düşünülür. Amma o heç Hitler dövründə də rəğbət qazanmadı. Hətta Eisnerin ölümü kommunistlərin qıcıqlandırılmasına və Bavariya Sovet Respublikasının qurulmasına gətirib çıxardı. Anton 1945-ci ildə müəmmalı şəkildə, bəzilərinin qurma olduğunu düşündüyü avtomobil qəzasında öldü. Maraqlıdır ki, ondan 1 ay əvvəl Eisneri öldürməyə çalışan və müsəlman olan Rudolf Qlauer də özünü İstanbulda dənizə ataraq intihar etmişdi.

Antonun sosial demokrat olan Eisneri öldürməsi nəinki millətçi rejimə gətirib çıxardı, əksinə bolşevik Sovet hakimiyyətinin qurulmasına və Nazilərin hakimiyyətə gəlməsi üçün şərait yaratdı.

Məncə millətçi emosionallığın ağır nəticələrini yaxşı ifadə edən hadisədir.

Sort:  

Congratulations @vasifalibeyli ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 802 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

@revan746 Bunlara yazı yazmağa heç dəymir. Heç vote zad da vermirlər :) :)

"Günün yazısı" @bot-az və curation traili tərəfindən dəstəklənmişdir. Təşəkkürlər.

rəvan steemix niyə mənə vote vermir? bunlara da xahiş minnət etmək lazımdır görəsən?

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.034
BTC 63997.36
ETH 3133.23
USDT 1.00
SBD 4.15