Müharibə "oyunları"

in #steemix6 years ago

O vaxtlar balaca idik. Sovet dönəmlərinin balaca uşaqları. Müharibə oyunu oynayardıq. Adını da atışma qoymuşduq. Ağacdan düzəltdiyimiz silahlarla bir - birimizi "vurub öldürərdik". Öldürəndə də sevincimizdən göylərə uçardıq. Sonra bir az böyüdük. Müharibəni bir neçə kanal tutan televizorda gördük. O atışma oyunumuzdakı sevinclərimiz dodaqlarımızda dondu. Müharibə nə imiş, ilahi. Ölümün təntənəsi imiş müharibə. Ayrılıq imiş, faciə imiş, əzizinin qara kağızı imiş. Müharibə dəhşət imiş. Biz müharibə kinolarının qəhrəmanlarına aşiq ola- ola böyüdük. Böyük Vətən müharibəsi qəhrəmanlarına.
Tarixdə ədalətsiz işğallara məruz qalmış xalqların apardığı müharibələr var. O xalqlardan biri Ukrayna xalqıdı. İki hegemon əjdahanın pəncəsində çırpınan Ukrayna. Böyük Vətən deyilən postsovet məkanının bir guşəsi də Ukrayna idi. Və tarixin ən dəhşətli müharibələrindən biri olan ikinci dünya müharibəsinin ilk zərbələri məhz Ukraynaya dəymişdi. Bu yaxınlarda bir film izlədim. Bir yaxın dostumun məsləhəti ilə.

video

Film məni məhv elədi, deyə bilərəm. Alman faşistlərinin Odessaya yaxınlaşması və sovet hərbi qüvvələrinin şəhərin kiçikdən böyüyə dinc əhalisini yırtıcıların pəncəsində müdafiəsiz buraxaraq geri çəkilməsi. O insanların sahildəki çarəsiz baxışlarını çətin ki unudam.
Bu baxışlar bütün varlığınla bağlandığın birinin amansızca səni buraxıb getməsinin çarəsizliyini, qırğınlığını ifadə edirdi. Müharibə qadınların yeri deyil, amma mənim qəhrəmanıma qadın olmaq şansı heç verilməmişdi də. Sərrast atıcı olan bu gənc qız öz qeyri- adi qabiliyyətinin qurbanı olur. Öndə gedənlər şəhid olurmuş, arxada gedənlər isə sağ qalıb qəhrəman olurlarmış. Mənim qəhrəmanım da sağ qalır. Amma yarım qalmış, paramparça olmuş. Sevdiyi insanları bir-bir itirərək.
Və bu gün Ukrayna.

Bu da bugünkü Ukraynadan görüntülər.

Bütün fəlakətlərə rəğmən ayaqdadı Ukrayna. Bura Lvov şəhəridir.

Qardaşımın oğlu ordadır. Deyir ki, gözəl insanları var. Amma çox dərdlidirlər. Baxışlarında bir qırğınlıq var, bir əsəbilik. Amma insansevərdilər.

Bir də gülüşləri çox gözəlmiş. Bütün acı çəkən insanların gülüşləri kimi.

İnsanlıqdan nəsibini almayanların kəşfi- müharibə.

Sort:  

Həqiqətən də bu filmin təsirindən günlərlə çıxmaq olmur. Əslində müharibə filmləri real müharibələrin heç bir faizini belə anlata bilməyib, indi bunu təsəvvür etmək çox çətindir. Sən də bu filmi çox gözəl təsvir etmisən, təşəkkkür.

videoyu izledim, etkiledi beni..
zaten savaş filmlerini severim ve kahramanın bir kadın olması da hayli ilgi çekici.

Bir də gülüşləri çox gözəlmiş. Bütün acı çəkən insanların gülüşləri kimi.

Günlerdi etkisinden ayrıla bilmirəm. Filmi izleseniz seversiniz.

Sovet dövrünü görməmişəm, amma tam onun kimi olmasada Müharibə oyunu oynamışam. Uşaqlıq deyəndə zatən oyunlarımız və əyləncələrimizi xatırlayırıq...

Bir fikir ancaq bu qədər möhtəşəm anladıla bilər. Mütləq izləyəcəm filmi, maraqlı gəldi


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here
Loading...

Congratulations @nurengizbagirova ! You received a 20% upvote from @kryptoniabot & @kryptonia for your task of 40 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.029
BTC 65493.35
ETH 2639.71
USDT 1.00
SBD 2.86