Bizi bütün gün içərisində narahat edən fikirdən necə qurtulaq...

in steemix •  5 months ago

Salam dostlar. Bu gün @nurengizbagirova yoldaşımızın Anı yaşamaq adlı bir yazısını oxuyub ağlımda formalaşdırdığım fikirlərimi sizinlə paylaşmağı qərara gəldim.

alienfreedom_drhurd.jpg
Şəkil

Bu gün işə gəldiyimdə yoldaşlarımdan birinin daha fikirli olduğunu gördüm. Nə qədər soruşsam da gizləməyə çalışdı. Bəlkədə bizim öhdəlik vəzifələrimizin onlardan daha üstün olması o yoldaşımın nə olub bitməsini məndən gizləməsinə səbəb idi. Çox təkiddən sonra danışmağa başladı. İşə başladığı zamanda başqa bir iş yoldaşımızla arasında keçən kiçik bir söz-söhbət onda bir nifrət hissi yaratmışdı. Nə etsə ağlında öz-özü ilə danışdığı ona rahatlıq verməyən daha da qıcıqlandıran mənası olmayan fikirlər doğru düzgün işini etməyə də mane olurdu.
Bir sakitliyə çəkilib isti çay içməyə başladıq. Soruşdum : Səhər işə gəkərkən heç yolda bir itin səni qorxutduğu olubmu? Olub müəllim deyə cavab verdi.
daha bir şey soruşdum heç dəyəər verib sevdiyin biri ilə dalşdığın zaman narahat olmusanmı? Olmuşam deyə cavab verdi gülümsəyərək. Bax dedim: o it ki səni səhər qorxutdu, lakin onu yarım saat sonra xatırladınmı?, yox ... demək ki, heç də dəyər vermədiyin bir hadisə baş verdi keçdi. Bax səni incidən yoldaşındamı sənin qədər narahatdırmı?, xeyir. Qayət çox məmnun görünür. demək ki ona fərqi yoxdur. Öz həyatını gözəlcə yaşayır. Lakin sən yaşamırsan. Ona bu qədərmi dəyər verirsən? Ağlında edə bilməyəcəyin fikirlər səni yeyib parcalayır, boş-boş xəyallar qurub gözəl vaxtını puç edirsən.
Pis bir hadisəni xatırladıqca qəlbimiz qaralır, nifrət bizi alıb özünə əsir edir. Heç kimlə mübasibət qurmaq istəmirik. Səni buraxmayan boş fikirlərini sən burax və azad düşün. Bunu demişdim ki, gülümsəyərək mənə təşəkkür etdi: Hələ indiyənədək belə düşünməmişdim. O andan heçnə olmamış kimi həyatına davam etməyə başladı və işlərinə davam etməyə başladı.
Ümudvaram ki, bu uzun yazımla sizi yormadım. Bəlkədə hər birimizin həyatında bir dəstəyi olacağını düşündüyüm üçün fiirlərimi sizinlə paylaşdım. Daima xoşbəxt həyat arzu edirəm....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

As a follower of @followforupvotes this post has been randomly selected and upvoted! Enjoy your upvote and have a great day!