Nyu York taksiləri.

in #steemix5 years ago

Nyu yorkun küçələrində eyni vaxtda 13000 sarı rəngdə taksi fəaliyyət göstərir. Bir gün ərzində onlar 600000 müştəri aparırlar. Statistikaya görə Nyu York taksilərinin sürücüləri 175 ölkələrdən olan gəlmələrdi. Sürücülər arasında yerli əhali 6% təşkil edir. Biznesin sahiblərinin çoxu yerli əhalidi. 1907-ci ildə "Nyu York taxicab compani" şirkəti Fransadan 600 avtomibil aldı və şəhərdə birinci taksi şirkəti oldu. Yeri gəlmişkən həmin illərdə Sank-Peterburqdada taksi şirkəti yaradıldı. Avtomibillər sarı rəngə boyanmışdı. Şirkətin sahibi Djon Xirç belə bir qərara gəlmişdiki sarı rəng gözə xoş olur. 1922-ci ildə Morris Markin Miciqan ştatının Kalamazu şəhərində taksi maşınları buraxan şirkət yaratdı. Avtomobil istehsal edə şirkətin adı Cheker Motors idi. Bu şirkəti avtomobilləri Nyu Yorkun küçələrində işləyirdi. Meşhur damalar Markin şirkətinin loqotipinə çevrildi.


photo

Nyu Yorkda ən məşhur taksi "Ford Crown Victoria" avtomobilləri idi. Hər gün sürücüləri 4/1 hissəsi yenilənir. Sürücülərin çoxunun məqsədi bu işdə pul toplayıb başqa işlə məşqul olmasıdı. Çoxunun arzusu həyata keçirdi. Məsələn: cavanlıqda professor Qrem Rassel Qao Xodjes taksi sürücüsü olmuşdu. O taksi kitabının müəllifidir. Bu kitabda Nyu York sürücülərindən bəhs edir. Taksi sürücülərinin işləri hər zaman təhlükəli olub. 1963-cü ildə taksi sürücülərinə 400 dəfə təcavüz olunub. 1979-cu ildə 3000 təcavüz olunub. Bu hadisələrdən sonra güllə keçirməyən şüşələr yaradıldı. Hansıki sürücüləri sərnişindən ayırırdı. Nyu York taksilərində sürücüyə cayıvoy vermək mütləqdi. Gəlmələrin çoxu bunu bilmirlər və buna görədə sürücüləri əlavə gəlirdən məhrum edirlər. 20-ci əsrin 60-cı illərində sarı taksilər sifarişlə işləmə qurğuları vasitəsilə fəaliyyət göstərirdilər. Lakin indi onlar serbest olaraq özləri müştəri axtarırlar. Sifarişlə digər şirkətlər fəaliyyət göstərirlər. Qanunlara görə taksi sürücüsü 12 saatdan çox işləyə bilməz ona görə də bir maşında 2-3 sürücü işləyir. Nyu Yorkda taksi sürücülərin arasında əfsanəyə çevrilən Djonni Futmendir. O 1954-cü ildən sürücü işləyir. Hal hazırda onun 90 yaşı var.O taksini saatda 20 km sürətdən artıq sürmür.

Sort:  

Congratulations @camal ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 1100 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.24
TRX 0.11
JST 0.031
BTC 61243.73
ETH 2974.21
USDT 1.00
SBD 3.69