ALTcoin Nədir ?

in #undefined6 years ago (edited)

Kripto Dünyada Altcoin anlayışı.
İlk olaraq Altcoin sözündən başlamaq istərdim.Altcoin sözü birbaşa tərcümədə alternativ kripto valyuta mənasını verir.Kripto dünyada isə Bitcoinə alternativ olaraq istifadə olunur .Yəni Bitcoindən başqa bazara daxil olan bütün kriptovalyutalar Altcoinlər hesab edilir.
Altcoinlərin yaranma zərurəti.
Bitcoinin yaradılmasından sonra proqramçılar Bitcoin texnologiyası üzərində eyni alqortimlərlə bəzi seqmentləri dəyişərək Bitcoinin kopyalarını ancaq yeni kripto valyutaları Altcoin-ləri yaratdılar.Bu proses hazırda da davam edir.Daha sonra bu fəalliyətlər təkminləşdirildi və Bitcoinə rəqib yeni texnologiya ilə də Altcoin-lər yaradıldı.Bütün bunlar Blockhain tabanlı texnologiyanın daha da təkminləşdirilməsi və Bitcoində olan çatışmazlığı aradan qaldırmaq məqsədilə aparılır.Çünki Bitcoin ilk olaraq ancaq P2P ödəmə vasitəsi kimi yaradılmışdır.Ondan sonra Blockchain-də inqilabi dəyişikliklər (ETH – Smart contract) Altcoinlərin yaradılması ilə həyata keçdi.İlk yaradılan altcoin isə NAMECOİN (NMC) hesab edilir.Namecoin 2011-ci ilin aprel ayında işıq üzü gördü.2011-ci ilin noyabrında isə LİTECOİN (LTC) yaradıldı.Litecoin Blockchain tabanında yaradılan ilk altcoin hesab edilir.Ona görə kripto dünyada Bitcoin qızıl hesab edilirsə Litecoin gümüş adlanır.Altcoin dünyasında ən inqilabi dəyişiklik 2015-ci ildə Etehereum (ETH) yaradılması ilə baş verdi.Ethereum həm də Bitcoinə ən real rəqib hesab edilir.Kripto dünyaya Smart Contract yəni ağıllı müqavilələr anlayışı Ethereum ilə gəldi.Ethereum BTC-dən fərqli olaraq təkcə ödəmə vasitəsi kimi deyil həm də Blockchainin təkminləşdirilmiş versiyası kimi ortaya çıxdı.Ona görə kripto dünyada Ethereum petrol hesab edilir.Steem də olduqca təkminləşdirilirmiş altcoinlərdən hesab edilir.Beləki gələcəkdə Steemin Smart Medya Token bazasında hər bir mütəxəssis öz şəxsi tokenini yarada biləcək.Belədə Smart Tokenlər qiymətə minəcək.

5c1c9f30-a4cf-4e2a-aaa5-2cdc0fc524fe.jpg

Coinmarketcap-ın son məlumatına görə hazırda bazarda müəyyən dövriyyə mlik olan 2000-ə qədər Altcoin vardır..Altcoinlər demək olar ki hər gün çoxalır və birjalara yeni altcoinlər daxil olur.Bütün bu Altcoinlərin əsas planı bazarda Bitcoinə düşən payı azaltmaq və BTC-ə alternativ ən güclü kriptovalyuta olaraq bazarda qalmaqdır.Bəzi mütəxəssislər kripto dünyada ancaq Bitcoini qəbul edir və altcoinləri lazımsız kripto valyutalar hesab edir.Altcoinlərin heç vaxt Bitcoinə rəqib ola bilməyəcəyini deyirlər.Bu fikirin doğru tərəfləri də çoxdur.Bəziləri isə dünya kripto valyuta bazarını altcoinlərsiz təsəvvür etmir.Reallıq ondan ibarətdir Bitcoindən sonra Altcoinlər də yaradıldı və hazırda bu sektor kripto dünyanın böyük bir faizini əhatə edir. Dünya birjasında kapitalizasiya dəyərinə görə seçilən Altcoinlər də vardır.Bunlardan Ethereum,Neo,Ripple,Litecoin,Bitcoin Cash,Eos,Dash,ETC,Tether kimi altcoinlər kapitalizasiya dəyərinə görə kripto valyuta bazarında ilk 10-luqdadırlar.Ancaq Altcoinlər BTC-dən asılılığı aradan qaldırıb sağlam toplum qurmadıqca Bitcoin qarşısında ciddi dəyərə nail olacağına inanmıram.Altcoinlər ciddi dəyər qazanması üçün zamana və topluma ehtiyacı var.2018-ci il Altcoinlərin Apokolipsis ili oldu.2019-cu ili “Altcoinləri mövludu” ili olsun inşallah.

Steemix layihəsi fonunda istifadəçilərə veriləcək SMİX tokenləri də gələcəkdə altcoin kimi borsalarda ciddi dəyərə nail olacağını gözləyirik.Çünki altcoinlərin token kimi dəyərə nail olması üçün geniş Community-ə açılması vacibdir.Biz də burada Steemix Community-nin böyüməsi üçün çalışmaqdayıq.Steemix ekibine bu yolda başarılar!!

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68331.57
ETH 2650.11
USDT 1.00
SBD 2.69