Usta Vüsal

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun

IMG20211216165743.jpg

Bu usta Vüsaldır. Əsl sənətkardır. Maşın ustasıdır. Hər növ maşına baxır. Çox bacarıqlı, işini sevən, işini bilən ustadır. Vüsal usta başqa ustalardan fərqlidir. Vicdanlı ustadır. Gedirsen yanına ki, maşının filan yeri xarabdır, düzəldir. Birdə görürsən deyir ki, filan yeri də xarab idi düzəltdim, işıq yanmırdı, lampanı dəyişdim. Əlavə gördüyü işə görə pul götürmür, başqa ustalar kimi adamı yükləmir.

IMG20211216165816.jpg

Bura Vüsal ustanın sexidir. Sexdə işləmək üçün hər cür şərait yaradıb. Müştəriləriləri çox olur. Deyirəm özünə şagird götür. Deyir ki, afisantliq bu uşaqların beynini korlayıb. Gələn kimi deyir ki, günümə nə verəcəksən. Açarların yerini bilən şagirdə qazancın 10% - nı, hər seyin yerini bilənə 20%, işləyənə isə 40% verirəm, deyir Vüsal usta.

IMG20211216170036.jpg

Yaxşı oğlandır. Məndən yaşca kiçik olsada, yoldaşlıq edirik. Düz adamdır. Hərdən gedirəm yanına. Çay içib ordan-burdan söhbət edirdik.

IMG20211216170148.jpg

O gün getmişdim yanına, usta, yenə işləyirdi. Zəhmətkeş adamdı, halal çörəyini qazanır. Maşına həvəsi uşaqlıqdan olub. Bu adama kompüter lazım deyil. Açarı ver çıx get, özü hər şeyi həll edəcək. Allah qüvvət versin, ay usta.

Coin Marketplace

STEEM 0.05
TRX 0.33
JST 0.079
BTC 63469.67
ETH 1683.58
USDT 1.00
SBD 0.41