Eşşək

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun. Kimliyindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə salamlar olsun.

essek.jpgphoto
Kənd yerində ən yaxşı nəqliyyat vasitəsi eşşəkdir. Həm sakit, həm təhlükəsiz, həm də çox yük götürmə qabiliyyəti var. Bilmirəm insanların çoxu eşşeyə niyə pis baxırlar. Kənd yerlərində eşşək bir çox işlər görür. Adı pis çıxıb da yəqin bu eşşəklərin. Çox işləyən adamlara da bəzən deyirlər ki, eşşək kimi işləyir. İnsanlar arasında söyüş kimi də bəzən eşşəyin adı hallanır.

40199690_cvt6314.jpgphoto
Eşitdiyimə görə eşşəyin südü də dərmandır. Həm də baha qiymətə satılır. Düzü bilmirəm hansı xəstəliyi sağaldır eşşəyin südü, ancaq çox sayda eşşək saxlayanlar var. Eşşək kənd yerlərində əvəzolunmaz bir nəqliyyat vasitəsidir. Bir dəfə İsmayıllı rayonunun bir kəndinə getmişdim. Orda gördüm ki, bir eşşəyin hər tərəfinə qırx litrlik biton bağlayıb bulaqdan su daşıyırlar. Bir dəfəyə 80 litr su gətirir. İnsanların işini nə qədər yüngülləşdirir. Meşədən odun daşıyırlar. Eşşək kənd yerlərində çox işə yarayır. Allahın yaratdığı yazıq heyvandır. Elə bil eşşəklər yük daşımaq üçün yaranıb. Ancaq eşşəyin balası çox gözəl olur.

Без названия.jpegPhoto

Coin Marketplace

STEEM 0.05
TRX 0.32
JST 0.082
BTC 65690.94
ETH 1793.47
USDT 1.00
SBD 0.42