Oğurluq

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

robbery_140121.jpgphoto
Oğurluq yaxşı əməl deyil. Deyərdim ki, haramdır, lakin oğurluğun da bir çox növləri var. Elə oğurluq var ki, günah sayılmır. Məsələn, bir ananın uşağı acından ölür, bu xanım marketdən bir çörək oğlarayır. Bu ana oğru deyil, sadəcə çıxılmaz vəziyyətə belə bir hərəkət eləyib və sonra da elədiyindən çox peşman olub. Bir elm adamından, onun elmi oğurlanır, bir şairin şeirləri oğurlanır, bir bəstəkarın mahnısı oğurlanır, bütün bunlar oğurluq sayılır. Bu mənəvi oğurluq sayılır. Bir də var maddi oğurluq.

og.jpgphoto
Bəzi insanlar oğurluğu özünə peşə seçir. Hətta peşəkar oğrular da olur. Ogrurluq elə bir peşədir ki, insan bir neçə dəfə bu işi gördükdən sonra, artıq bu işə alışır. Həyatda çox təcrübəli və peşəkar oğrular olub. Hər halda oğurluq çox pis əməldir.

385cf23c9a86d71.jpgphoto
Bütün oğrular əvvəl-axır tutulur. Çünkü bu gün oğurluq etdi, yedi qurtardı, sonra yenə oğurluq edir, sonra yenə, yenə və tutulur. Gedir türməyə düşür. Çox maraqlıdır ki, türmədə oğrular oğurluq etmirlər, çünki nəticəsi çox ağır olur. Ancaq türmədən çıxandan sonra yenə başlayır oğurluq eləməyə. Bu işə vərdiş eləyir. Bir şeyi başa düşmək istəmirlər ki, oğurluğun axırı yoxdur. Bütün insanlar ilk dəfə ehtiyacı olduğundan oğurluq edir və sonra bu işə öyrəşirlər. Allah bütün oğruları hidayət eləsin.

ogru.jpgphoto

Coin Marketplace

STEEM 0.05
TRX 0.32
JST 0.078
BTC 67163.86
ETH 1843.47
USDT 1.00
SBD 0.44