Kamillik
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
photo
Kamil olmaq insanın özündən asılıdır. Kamil olmaq nə deməkdir? Kamil adam, ağıllı adamdan bir pillə yuxarıda dayanır. Yaxşı bir atalar sözü var: Ağıllı adam elədiyi səhvdən nəticə çıxarar, kamil adam da ağıllınin səhvindən nəticə çıxarar. Kamil olmaq üçün, öz nəfsinin ağası olmalısan. Kamillik cahiliyyə üsyandir. Hazırkı dövrdə kamil adam yoxdur. Kamillik donunu geyinmiş adamlar var. Əla danışırlar, adam qulaq asanda fikirləşir ki, yaxşı ki, belə kamil insanlar var. Ancaq əməlinə baxanda adam kamil olmaqdan qorxur. Elə bir zəmanəyə gəldik çıxdıq ki, bilinmir kamil kimdir, cahil kimdir. İndi pullu adamlara kamil adam deyirlər.
photo
İspan alimi, şairi, XVII əsrdə yaşamış Grasian Baltasarın "Kamillik elmi" adlı kitabı var. Oxumayanlara məsləhət görürəm ki, bu kitabı tapıb oxusunlar. "Kamillik elmi" kitabından öyrənəcəyimiz çox maraqlı şeylər var. Dövlət adamlarının, hətta filosofların masaüstü kitabı olan "Kamillik elmi" bizlərə kamil olmağın sirlərini açır. Azərbaycan dilində də tərcüməsi var. Satışda da olur. Kamil adam olmaq cətin deyil, sadəcə istək, iradə, inam və səbir lazımdır. Kamil olmaq üçün iki işi görmək lazımdır. Birinci Allahın vacib buyurduğu əməlləri yerinə yetirməli, ikincisi isə Allahın haram buyurduğu işlərdən uzaq olmalıdır. Bu iki şərti kim yerinə yetirərsə, o, kamillik zirvəsinə qədər gedib çıxacaq. Allah bizə də kamil olmağı nəsib eləsin.