Axirət dünyası.

in #kryptonia5 years ago

Demək, tarixdə belə bir məsələ tədris edilir ki, ilk dini inanclar alt paleolitdə, axirət dünyasına inam isə orta paleolitdə meydana gəlib. Sübut nədir? Orta Paleolitdən (Mustye dövrü) başlayaraq yaşayış məskənlərində ölülərin qəbrlərinə əmək əşyaları qoyulurdu. Şagirdlər haqlı olaraq sual verirlər ki, dini inanclar alt paleolitdə meydana gəlibsə, bəs axirət dünyasına inam niyə orta paleolit dövrünə qədər yaranmadı? Məsələyə materialist nöqteyi nəzərindən yanaşacam. İbtidai insanlar hələ öz yaşadıqları dünyanı dərk etmədən başqa dünyaya necə inana bilərdilər? Səbəb nə olub ölümdən sonrakı həyat barədə düşünməyə. Axı o vaxtı hələ peyğəmbərlər yox idi.

Səbəbini izah etməyə çalışaq. Kliniki ölüm. Mənim ehtimalım belədir. Qədim zamanlarda mağarada yaşayan neandertal insanlar qəfil ölmüş adamı mağara kənarında dəfn edirlər. Gecə vaxtı vəfat edildiyi zənn edilən mərhum qəbirdə ayılır. Və başlayır çığırmağa. İnsanlar qəbirdən gələn səsdən dəhşətə gəlir. Əllərində məşəllə gəlib qəbiri daş alətlərlə qazır. Qəbir açılanana qədər "canlı ölü" havasızlıqdan, qorxudan, ürək partlamasından bu dəfə həqiqətən ölür. Və insanlar düşünür ki, demək paralel bir dünya var. Yəqin ki, torpağın altında ölü dirilir,qəbir açılanda isə yenidən ölür. Beləcə icma ağsaqqallarının məşvərəti ilə qərara alınır ki, əgər başqa bir dünya varsa orda ölülər bu dünyadakı kimi yaşayır, yeyir, ov edir. O vaxtdan qədim insanlar ölülərin qəbirlərinə məişətdə istifadə etdikləri alətlərini, əşyalarını və azuqə qoymağa başladılar.


image

Çox sonralar səmavi dinlər axirət dünyasına inamı gücləndirdisə də, eyni zamanda qəbirlərə əşya qoymağın heç bir əsası olmadığını təlqin etdilər. Və beləliklə qəbirə əşya qoymaq adəti böyük ölçüdə azaldı. Lakin günümüzdə də, bir çox dinlərdə, müxtəlif qəbilələrdə ölülər əşyaları ilə birgə dəfn edilir. Bir kliniki ölüm dini inanclara yenilik gətirib və köhnəlsə də hələ qalmaqdadır.



Posted from my blog with SteemPress : https://emil-agayev.000webhostapp.com/2019/08/axir%c9%99t-dunyasi
Sort:  

Congratulations @emil.agayev! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You distributed more than 10 upvotes. Your next target is to reach 50 upvotes.

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.032
BTC 64579.45
ETH 3101.05
USDT 1.00
SBD 3.83