Bakı küçələri...

in Steemit Azerbaijan☪✔3 years ago

Gördüyünüz bu şəkillər Bakıda məşhur tarqovudan yuxarıdakı dar küçələrdə çəkilib. Bir neçə gün bundan öncə, bu ara küçələrdən keçərkən belə rəngli milli atributlarla bəzədilmiş poçt qutularını, qeyri-adi rənglənmiş qapıları gördüm.

IMG-20211217-WA0006.jpg

IMG-20211217-WA0007.jpg

Çox xırda detallar olsa da küçəni bəzəməyə bəs edir. Hələ siz buradakı yaşayış binalarının 1ci mərtəbələri alçaq olduğu üçün hər pəncərə kənarında ən azı 1 gül görə bilərsiniz. Burada gördüyünüz güllərlə bəzədilmiş eyvan isə mənim diqqətimi xüsusilə cəlb etdi. Digər eyvanlardan daha çoxlu güllərlə bəzənərək fərqlənən bu kiçik eyvan, qışa doğru getdiyimiz günlərdə sanki insanın içinə yaz havası, əhval ruhiyyəsi gətirir.

IMG-20211217-WA0005.jpg

Tarqovuya getsəniz mütləq bu ara küçələrə girməyi unutmayın,. Üstəlik orada münasib qiymətə kiçik kafelərdə oturub çay içərək dincələ də bilərsiniz.

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65441.17
ETH 2660.98
USDT 1.00
SBD 2.87