Yeni günlər- yeni hədəflər- yeni uğurlar.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)
Axşamınız xeyir əziz yazarlar. 🖐 Necəsiniz? 🐛 Bu dəfə sizinlə hədəflərim haqqında yazmaq içimdən gəldi. Bu il yeni hədəflərimi artıq planladım . Əslində hər şey zamanı neçə idarə etməkdən və motivasiyadan asılıdır. Bunları idarə etməyi bacarırsansa sən artıq həyatdakı məqsədini yarılamısan. Əgər ayağa qalxıb özün üçün bir şey eləməsən eslin də hər il eyni keçər, yəni 2021 necə idisə 2022də eyni olacaq.

Screenshot_20220102-223055_Instagram.jpg
LİNK

Bunun üçün mən adətən günlük plan dəftəri yazıram. Ayları günləri edəcəyim işləri qeyd edirəm.. Günlük edəcəyim işləri öncədən yazıram və sonunda onları silirəm . Edənmədiyim işləridə növbəti günə keçirirəm. Belə etmək mənə nə qazandırır desəniz məsuliyyətli olmağı. Tənbəllik hər birimizin içində olan və hər boşluqda özünü göstərən bir hisdir. Belə etdikdə işlərimə qarşı daha məsuliyyətli oluram. Həm də edəcəyim işləri unutmuram. Motivasiyada tamamilə sənin özündən asılı olan bir haldır. Ən önəmlisi özünə inan . Sən bəli sən hər şeyi bacaracaq gücə sahibsən. Ola bilər bəzən planladığın kimi getməyə bilər işlərin bəzən ən dibə gedə bilərsən . Ən yüksəyədə çıxa bilərsən. Hər şey sənin əlindədi. Ətrafını düzgün seç . Sənə dəyər qatanları yanında saxla . Xəyallarınızı və hədəfləriinizi dəstəkləməyən insanları həyatınızdan düşünnmədən cıxarın.

20220102_221849.jpg

Bu il özümə sözüm var - il sonuna kimi sağlıq olsun ölməsəm yaşasam ilk işim maşın sürməyi öyrənib, sürücülük vəsiqəsini almaq , ingilis dilini mükəmməl səviyyədə öyrənmək , heç sevməsəm də məcburən öyrənməli olduğum rus dilinə başlamaq, komputerdə öyrənmək istədiyim bir neçə program var ki onlara başlamaq, en azı 10 kitab oxuyub bitirmək, və artıq karyera quracağım bir iş tapıb işləmək. Hələlik listəmi bunlar təşkil edir. Və ilk addımları da atdım. Rus dili kursuna yazıldım və səhərdən başlayıram. İngilis dilini yoldaşımla(o daha mükəmməl bilir) bərabər artıq başlamışıq. Dostumla birlikdə öyrənmək istədiyim proqramları yükləyib ilkin tanışlığını artıq etdik. İnanırsınız mı bunların hamısını 2 gün içində etdim. Bu dəfə cox həvəsliyəm. İl sonunda qismət olsa bu postu yeniləyəcəm. Edə bildiklərimi sizinlə bölüşəcəm.
Oxuduğunuz üçün çox sağolun.

Sort:  
 3 years ago 

Bravoooo. Bircə bu tənbəllikdən canımı qurtara bilsəydim. Planlamaq mənlik deyil. Bir neçə dəfə sınaqdan keçirmişəm. Alındıra bilməmişəm. Bəlkə də, səbəb Özüm özümü çox sıxmamaqdadır...Amma düşünürəm ki, özümlə bir balaca dirənsəm alındıra bilərəm. Burada isə tənbəllik ortaya girir. Əslində planlı şəkildə iş görməyi məktəbdə oxuduğum vaxtlarda tutuzdura bilirdim. Uni-ni də boş - boşuna yola verdim. Müsəlmanın sonrakı ağlı.... İndi düşünürəm ki, o boş keçirtdiyim vaxtları filan şeylərə xərcləsəydim indi tamam başqa bir şeylər olardı...Hamısı Tənbəlliyimdən irəli gəlir. Nəisə çox da vaxtınızı almayım... Motivasiya da çox gözəl bir şeydi. İşlərinizdə uğurlar.İNŞƏƏALLAH səbr və təmkinlə il sonunda Sizin xoş xəbərli postunuzu görmək diləyi ilə ALLAH yar və yardımçınız olsun. AMİN İNŞƏƏALLAH🤲

Məndə eynən düşünürəmki ötən zamanlarda keçirdiyim boş vaxtlarda başqa işlər görsə idi indi başqa həyatı yaşayırdım. Bu günümüzə şükür . Zərərin harasından dönsən kardı. Çox sağolun . Sizədə uğurlar. Bol şans🤲😊

Ümid edirəm ki mənədə stimul olacaq sizin yazdıqlarınız məndə tenbəlliyin daşını atacam😄 və xanım qız siz istədiyiniz hər şeyi bacaracaqsınız🙏🌺

Cox sağol canım♥️♥️

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65355.38
ETH 2656.67
USDT 1.00
SBD 2.87