Kripto bazarı böyüyür || Market Analizi

Son günlər kriptovalyuta bazarında, xüsusilə, Bitcoin qiymətində canlanma müşahidə olunur. Bazara xeyli pul daxil oub. Belə ki, kriptovalyuta bazarının həcmi 2 trilyon dolların altına düşmüşdü ki, bu yaxınlarda yenidən 2 trilyon dolları keçdi.

Hazırda ümumi kriptovalyuta bazarının həcmi 2,470,166,461,956 dollardır. Rəqəmi oxumaqda çətinlik çəkir ha adam. :D Bazar getdikcə böyüyür.

Bu yaxınlarda analitiklər bu artımı öngörmüşdü. Belə ki, Çində tikinti və ipoteka sektoruna yaranan 320 milyard dollarlıq böhranla bağlı bir çox analitik bazarlarda olan pulların yenidən qiymətli metallara və kriptovalyutalara axacağı barədə xəbərdarlıq etmişdi.

Çin də elə bir ölkədir ki, "ayağına batan tikan" bütün dünyanın ayağına batır. Adicə Çin 0.1 faiz kiçiləndə dünya dəyir biri-birinə. Hazırda da deyərdik ki, Çinin ayağına yaxşıca "tikan" batıb. 320 milyardlıq böhran küçümsənəsi deyil.

İndi keçək Coinmarketcap saytından aldığımız datalarla bir steemitçi kimi bizə lazım olan kriptovalyutaların cari qiymətləri ilə tanış olub, fikirlər yürütməyə.

İlk olaraq, başayaq Bitcoindən. Bitcoin bu vaxta qədər ən yüksək qiyməti bu ilin aprelində yaşayıb və demək olar ki, 65 min dollara çatıb. Bu günlərdə bitcoində başlayan buğa rallisi qiyməti az qala 63 min dollara çıxardı. Son 3 gündür ki, qiymət 60 min dolların üzərində fırlanır. Nə rekordu, 65 mini keçir, nə də 60 mindən aşağı düşmür.

ScreenshotBTC.png
Linkt to Screen Source

Ehtimallarıma görə əgər qiymət 65 min dolları keçsə, 70 mini də rahatlıqla keçəcək. Hazırda isə bazara girmək çox təhlükəlidir.

İkinci olaraq, keçək Steem-ə. Steem-in qiyməti bu ilin avqust ayından bu yana ən çox 50-lərdə fırlanır. Son vaxtlar steem qiymətinin 60 üzərində fırlanması yatırımcıları ümidləndirmişdi ki, birdən bitcoin yüksəlişə keçdi və steem qarışıq bütün altkoinlər düşüş yaşadı. Aşağıda steem-in qrafikini görürsünüz:

ScreenshotSTEEM.png
Linkt to Screen Source

Bitcoin qalxan kimi bütün altkoinlərin qiymətinə təsir edir. Hazırda Steem də bu təsir altındadır. Ehtimalıma görə, Steemin hazırki qiyməti uzun müddətli yatırımçılar üçün fürsətdir. Ümumiyyətlə, Steem uzun müddətli düşünənlər üçün uyğun bir altkoindir, vaxtilə 8 dolları keçdiyini nəzərə alsaq, üstəlik steemit kimi bir platformaya arxalandığını nəzərə alsaq, qiymətin yenidən 8 dolları keçəcəyinə böyük ehtimal vermək olar.

Üçüncü olaraq, keçək SBD, yəni Steem Dolların vəziyyətinə. SBD hazırda 7 dollar üzərində fırlanır. Halbuki son vaxtlar 8-in üzərində dalğalanırdı. Qiymətin 8 dolların altına düşməsində əsas səbəb, böyük ehtimal, bitcoinin son günlərdəki yüksəlişidir. Bitcoin qalxışda olan vaxt digər koinlər, yəni altkoinlər düşüşə keçir və insanlar daha çox bitcoin alır ki, ay uçacaq gedəcək. Lakin nə zaman bitcoin qiyməti bir yerə sabitləndi, digər altkoinlər başlayır artışa, pullar yavaş-yavaş onlara axır.

ScreenshotSBD.png
Linkt to Screen Source

Steemitdə bizim əsas çörəyimizin SBD-dən çıxdığını nəzərə alsaq, qiymətin 7 dollardan yuxarı olmağı hər zaman xeyirimizədir.

Dördüncü olara, keçək Trona baxmağa. Tron hazırda 10 sentdədir. Ümumiyyətlə, tron uzun müddətdir ki, 8-9 sent aralığında fırlanırdı. Tron nadir koinlərdən biridir ki, Bitcoinin düşməsi, qalxmasından çox da böyük təsirlənmir. Bu aralar bitcoinin qiymətində olan artım steem və sbd-nin qiymətini aşağı salsa da, tron 9 sentdə də qaldı və hətta hazırda 10 sentə qədər qalxıb.

ScreenshotTRX.png

Tron günlük trade üçün çox da fürsətcil koin deyil. Lakin əgər uzun müddətli yatırım düşünürüksə, tron bunun üçün ən potensial, ən böyük ehtimala sahib koinlərin başında gəlir.

QEYD: Yuxarıdakıların heç biri yatırım tövsiyyəsi deyil. Sadəcə şəxsi ehtimallarımdır.

Hamıya bol qazanclar! :)

Sort:  
 last month 

Bir şey başa düşdümsə arab olum))

 last month 

Hər kəsə uğurlar.AMİN🤲

 last month 

Tezliklə yüzmini ikiyüzmini keçməsi diləyilə

Coin Marketplace

STEEM 0.72
TRX 0.09
JST 0.074
BTC 55047.09
ETH 4124.73
BNB 609.48
SBD 7.14