BabyPips saytından ödənişsiz olaraq trade öyrənin || İnvestisiya

Bu gün birjalarda, Forex-də ticarət etməyi öyrənmək istəyənlər üçün super bir sayt haqqında danışacağıq. Saytın Babypips adlanır.

Saytda fundamental analizdən, texniki analizə, gündəlik analizdən tutun da, broker məsləhətinə qədər onlarla məlumatı pulsuz əldə edə bilərsiniz. Həqiqətən, çox super və sistemli bir qaynaqdır.

Sayta ilk daxil olduğunuz zaman aşağıdakı ana ekranla qarşılaşacaqsınız. Narahat olmayın, aşağıda daha ətraflı izah var.

babypips home.png
Link to Photo Source

Ana ekranı heç qarışıq deyil. Gördüyünüz kimi, ən üstəki menyuda xəbərlər, kalendar, təhsil, form kimi bölmələr var. Bu bölmələrdən ən maraqlısı və bizim ən çox diqqətimizi çəkən ikisidir. Birincisi, education, yəni təhsil bölməsidir. Ki bu bölmədə öyrənəcəyiniz son dərəcə dəyərli məlumatlar pulsuz olaraq paylaşılıb. İkincisi isə, calendar bölməsidir. Kalendar hissədə bizim üçün çox vacib, bazara təsir edəcək gündəlik ən vacib xəbərlər qeyd olunub.

Təhsil bölməsində sizi aşağıdakı ekran qarşılayacaq:

babypips education.png
Link to Photo Source

Education bölməsinin ən sevdiyim tərəfi odur ki, burda sıfırdan çox sistemli bir şəkildə trade etməyin sirləri öyrədilir. Preschool, yəni məktəbəqədər hazırlıq adlanan bölməylə başlayan təhsil, düz magistr bölməsinə qədər davam edir. Sözün həqiqi mənasında hər bölmə qızıl dəyərindədir.

İlk bölmələrdə çox da praktiki məlumatlar qeyd olunmadığı üçün sıxıcı gələ bilər. Səbrli olmaq lazımdır. Kursun bir tərəfi də yaxşıdır ki, hansı bölmədən istəsəniz, başlaya bilərsiniz.

Kursun pis tərəfi isə odur ki, bitirdikdən sonra hər hansısa sertifikat verilmir. Formlarda yeni başlayan çox trader yazır ki, sertifikasiya hazırlayın. Üzərində işləyirlər, alınsa, super olacaq.

Saytın ən sevdiyim ikinci bölməsi isə Kalendarın olduğu bölmədir:

babypips calendar.png
Link to Photo Source

Deməli, bu kalendar bölməsində ən maraqlı cəhət odur ki, bazara təsir edəcək xəbərlər öncədən qeyd olunur, sən də girib baxırsan ki, görüm filan xəbər, filan qiymətə nə kimi təsir edəcək. Müqayisə edə bilirsən yəni. Üstəlik, xəbərin bazara təsir gücü də qarşısında yazılır.

Əgər xəbər bazarı sirkələyə bilərsə, güclü olduğu qeyd olunur. Burası çox yaxşıdır. Demo-da trade edənlər üçün əla özəllikdir. Xəbərə baxıb, analiz edib, nəyin nə əsasda, necə dəyişdiyini görə bilirsən. Bu da istər-istəməz öyrənməni sürətləndirir, analiz qabiliyyətin hərtərəfli artırır.

babypips quote.png
Link to Photo Source

Hə, saytın bir yaxşı tərəfi də var ki, hər səhifəni yenilədikcə yeni-yeni sitatlarla qarşılaşırsan və həqiqətən, çox mənalı, damara işləyən sitatlar olur.

Misal, elə yuxarıdakı sitat. İngiliscə bilməyənlər üçün tərcümə edək: "Önəm vermədiyimiz bir şey üçün çox çalışmağa stress deyilir; sevdiyimiz bir şey üçün çox çalışmağa ehtiras deyilir".

Yəni, sevdiyimiz bir şeyin ardınca düşməliyik. Bu ehtiras yaradır. Ehtiras isə dopamin yaradır. Dopamin isə elə bir şeydir ki, hər dəfə daha çox istəyirsən. Bu da səni yorulmağa qoymur.

Oxuduğun üçün təşəkkürlər, gözəl insan. Çalışıb həyatımıza dəyər qataq!

Sort:  
 2 years ago 

Super

Coin Marketplace

STEEM 0.36
TRX 0.12
JST 0.040
BTC 70446.49
ETH 3571.68
USDT 1.00
SBD 4.73