You are viewing a single comment's thread from:

RE: Temperament nədir?xarakterimiz necə formalaşır? What is temperament? How is our character formed?

Əvvəlcə əməyinizə sağlıq!

Psixologiyaya olan marağımdan mətninizi maraqla oxudum. Bu mövzu haqqında da əvvəlcədən məlumatlı idim, düzü. Və həmişə düşünmüşəm ki,heç vaxt kimsə 100% sanqvinik və ya 100% fleqmatik və ilaxır olmur. Sadəcə ola bilər ki,hansısa xüsusiyyət bəzi insanlarda daha çox özünü göstərir.
Məsələn məndə sanqvinik olduğumu göstərən xüsusiyyətlər daha çoxdur. Bununla yanaşı xolerik və fleqmatik xüsusiyyətlərim də var:) Bircə melanxolikdən "nəsibimi almadığıma" çox sevinirəm:) Ətrafımda da Melanxolik insan saxlamamağa çalışıram. Məncə yeriyən təhlükədirlər (:
Testə gəldikdə isə,ilk kvadratı,sonra üçbucağı,sonra dairə və nəhayət sonda düzbucaqlını seçmişdim. Ancaq,düzünə qalsa,mən seçimimi fiqurlar üzərindən yox,rənglər üzərindən etdim deyəsən qeyri-ixtiyari olaraq. Bənövşəyi, rəngarəng, narıncı və sonda heç sevmədiyim qırmızı rəng.
Belə..Bir daha əməyinizə sağlıq!

Sort:  

Çox sağolun diqqətiniz üçün.Bəli qeyd etdiyim kimi bir neçə temperamentin birləşdiyi hallar da olur

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.032
BTC 64615.49
ETH 3112.63
USDT 1.00
SBD 3.84