Seçim bizimdir

in Steemit Azerbaijan☪✔2 months ago (edited)

IMG_20210611_184655.jpg
Doğulanda hamımız çılpaq idik..Heç birimiz öz adımızla doğulmamışıq..Heç birimiz seçməmişik valideynlərimizi..Bacı, qardaşlarımızı seçmək hüququmuz olmayıb.. Yaşadığımız evi..Qəsəbəni.. Şəhəri..Ölkəni..Planeti..Seçməmişik.. Seçim şansımız olmayıb.. Ancaq bu o demək deyil ki, ömrümüzün sonuna qədər bu elə belə də qalmalıdır, qalacaq.. Hər birimizin seçim şansımız var..Xarici görünüşümüzü..Yaşayacağımız evi..Şəhəri..Ölkəni..Materiki..Qitəni..Hətta yaşayıb yaşamayacağımızı belə seçə bilmək şansımız var doğulduqdan sonra.. Həyat bizə bir dəfə verilir..Cəmi bircə dəfə doğuluruq..Bircə dəfə də ölürük..Bu həyatı sevmək lazımdır..Yaşamaq..Hər anını, hər dəqiqəsini yaşamaq..Hiss etmək..Tanrının varlığını hiss etmək..Əsən küləkdə..Yağan yağışda..Çaxan şimşəkdə..Quşların səsində..Hiss etdiyimiz gözəl qoxularda..İnsanların baxışlarında..Hər yerdə,
hər an.. Bu həyata minnətdar olmaq lazımdır..Kainata..Tanrıya..Var olduğun üçün minnətdar olmaq..Daima şükür etmək lazımdır. Sahib olduğumuz hər şey üçün.. Şükür etmək üçün hər zaman minlərlə səbəb var.. Yağışı sevməsən belə,yağış yağarkən onu görə bildiyin üçün belə şükür etməlisən..Eşidə bildiyin üçün..Dada bildiyin üçün..Ürəyinin hələ də döyündüyü üçün..Özünü sevməlisən..Özünə dəyər verməlisən..Bədəninə qulluq etməlisən..Onu sağlıqlı saxlamalısan..Gözəl görünməlisən..Heç kimə yox..Aynadaki sənə gözəl görünməlisən.. Ən çox onu sevməlisən..Onu sevməlisən ki,başqalarını da sevə biləsən..Ona dəyər verməlisən ki, başqalarının dəyərini anlayasan..Həyatının dəyərini anlayasan..Həyat çox dəyərlidir..Və bizə bircə dəfə verilir..Onu yaşamaq lazımdır..Sözün əsl mənasında yaşamaq.. .

Sort:  

Ən birinci özümüzü sevməliyik, sonra da hamını)