The Diary Game -Better Life Season 3 - 19.09.2021. Çayxanaya konfet gətirən adminin dramı.

in Steemit Azerbaijan☪✔3 years ago

Adamın bir bazarı ola, həftədə bir gün istirahət günün ola, onda da Yusif səhər tezdən zəng edə ki, gəlirəm, düş çayxanaya.

Və o Corat bağlarından gələnə qədər nə az, nə çox düz iki saat vaxt gedir.
Evdən konfet oğrayıb çayxanaya aparan adminin Steemit üzərindən nə qədər qazana bildiyini təxmini hesablayın.

20210919_105641.jpg

İki çaynik çayı boşaltmışam, Yusif yoxdu hələ.

20210919_111611.jpg

Bu gün Steemit Azerbaijanın daha da güclənməsi üçün sağlam addımlar atılmış oldu. Qoşulan dayımın 65 yaşı var, bunu o biri dünyada gözləyirlər, bu steemitdə hesab açır. Çox sağlam gedişlər edirik.

20210919_111153.jpg

Sonra söhbət açılıq mövzusunda böyüdü. Kimin daha yaxşı tir tüfəngi ilə hədəfi vurma mərci gəldik. Getdik Sumqayıt bulvarına.

"Hamının oğlu ov ovlayır, quş quşlayır, Qazan Xanın oğlu Tural gül toplayır."

Söhbəti tutan oldusa davam edək. Həmişə gül-çiçəkdən yazan admin bu gün silahla fotolar şey edir.

20210919_131110.jpg

Çay içmək üçün evdən konfet oğrayıb gətirən admin tir atəşində 13 manat uduzub nisyə yazdırıb çıxdım, mənə lazım idi? Ona görə də bazar günlərini sevmirəm. Adam bekar olanda gic-gic yerlərə pul xərcləyir.

20210919_131621.jpg

Qalibiyyət duruşu var Yusifdə. Hələ bir qonaqlıq da uduzdum. Onu da yazdıq qonşu kafedə nisyə dəftərinə. Bizim kimi yaşamağa nə var ki.

20210919_145514.jpg

Hər konsertdən sonra toyuq dönəri və ayran.
Maşınımızda alçaq səslə Kürdəxanlı Bayram.

Beləcə Yusif həyata baxışımı, musiqi zövqümü yavaş-yavaş korlayır.
@revan746

CC @steemcurator01

Sort:  
 3 years ago 

Dayı nə temaydı🤣🤣🤣🤣.
Sən yusifi dəyişənmədin o səni dəyişir dyəsən. Birazdan telefonun zəng çalanda üzeyir oxuyacaq

 3 years ago 

Siz bu steemit Azərbaycan alaqramalı futbolkalarla selfi edib millətə acığ verirsiz görən?)

 3 years ago 

Çox özünüzü sıxırsınız e, admin qardaş. Vallah, əyləncə də vacibdir) Xoş istirahətlər)

 3 years ago (edited)

Bahoooo İNTLİGENTLƏR yığılıblar. Qardaşım 2 konfeti 3 nəfərə aşırtdız? Yusifdə o uje adətdir. 2saata gəlib şükür elə. Evdən çıxıb köhnə Oktayoğluna 40 dəqə gələn oğlandı😂 Əziz dayını Yusif o kökə salıb?
Silah əlinizdə kürək-kürəyə dayanıb şəkil çəkdirsəydiz, Jan Kloud VƏN DAMIN ƏKİZ Qardaşlar filminin video kaççetinin üz qabığına əlavə oluna bilərdiniz. Sən luçşe Mənə qoşul. Mənin Referalım Ol)) Yusifdən gələn xeyri görürsən də..Ekonom rejim, rasxodsuz həyat(guya) Səfəri Elmlərə susuz aparıb susuz gətirənəm.(Sumqayıtda da şotu bağlayan) Seçim Sənin))

What an amazing diary, your day like her so happy, success always

Coin Marketplace

STEEM 0.35
TRX 0.12
JST 0.040
BTC 70797.92
ETH 3553.00
USDT 1.00
SBD 4.76