🌹Club5050🌹Həm Kədərli, həm sevincli...😔😍(100 % beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri Axşamınız Xeyirli Olsun... Necəsiz? Nə var nə yox? Salamatçılıqdı? Bir neçə günlük gərgin vəziyyətdən sonra nəhayət özümə gəlib, post yazmağa enerji, güc-qüvvə toplayıb yenidən telefona sarıldım. Xırda bir haşiyəyə çıxım. Dostlar Sizə dostyana bir məsləhətim olacaq. Gördüyünüz vəya görəcəyiniz işin gərginliyindən, yüngül və ağırlığından asılı olmayaraq beyninizin dinlənməyinə mütləq şəkildə vaxt ayırın. Fiziki yorğunluq belədir ki, insan fiziki yorğun olsa bir təhər onu kompensasiya edə bilir. Hərəkət etməməklə, iş görməməklə vəya digər hərəkətlər edərək hansı ki, fiziki yorğunluğu aradan qaldıra biləcək hərəkətlər...Bunları görməyə məcbur edən beyindir. Təsəvvür edək ki, bu qədər problemlərin aradan qaldırılmasını ölçüb - biçən beyin özü yorulsa necə olar? Bu problemlər həm mənəvi, həm maddi və həm də fiziki ola bilər. Bu qədər işlərin çözülməsini özündə cəmləşdirən və öz çiyinlərinə götürən sadəcə maye yığını olan beyindir...(loru dildə maye yığını deyirəm).Bəzi yüngül səhvlərinin ucbatından bu yorğunluq məndən yan ötüb keçə bilmədi. ALLAHA çox şükür ki, qısa zaman çərçivəsində özümü toparlaya bildim.🤲

IMG_20220910_043003.jpg

"Qardaş Dövlət"-dən qonaqlarımız vardı. İki aya yaxın idiki, bizimlə qalırdılar. Vaxt vədə çatdı ayrılıq anına. Qonağımız Bibim, Bibimqızı və ailəsi idilər. Əslində onlar qonaq sayılmırlar, öz evlərindədirlər axı. Özündən razılıq kimi olmasın, bizim ailənin strukturunda "Sizin-bizim, Sənin-Mənim" söhbəti olmayıb yoxdur və İNŞƏƏALLAH olmayacaq da. Qonaq kimi qeyd etsəm də, özlərini qonaq kimi hiss etmələri şəraitini da yaratmamışıq. Bu cəhətdən çox şadıq. Bibim nəvəsini lap əvvəlki postlarımda #steemitazerbaijan -ın tarixinə yazmışam.😍 Həqiqətən ayrılıq çox pis şeydi. Bu hələki, müvəqqəti ayrılıq sayılır. Qismət olarsa bir neçə müddətdən sonra mən də o tərəflərə səfər edə bilərəm vəya tam əksi onlar yenidən buralara gələ bilərlər. Ortada bu məsələ olsa da, yenə də kədərli, üzücü vəziyyətdir.Geri dönüş biletini sentyabr ayının 10-a aldıq. Açığı bu vaxt daha münasib oldu.Təyyarənin aeroportdan qalxış vaxtı 07:20- də idi. Qeydiyyat, yerləşdirmə və digər işləmləri nəzərə alıb təyyarənin qalxış vaxtından bir neçə saat əvvəl aeroporta çatmaq qərarına gəldik. 03:30-da evdən çıxdıq. 04:30-da artıq aeroportun giriş xəttində idik.

IMG_20220910_044546.jpg

Yoxlanışdan keçdikdən sonra bildiriş tablosunda biletin üzərində qeyd olunan yerləri axtarmağa başladıq. Uçuşda olan təyyarə,qeydiyyat hansı pəncərələrdə aparılacaq, yüklərin çəkilişi və s. proseslərə hazırlaşdıq və pillə-pillə etablardan keçdik.

IMG_20220910_045256.jpg

Növbəmizi gözləyərkən oturub dincəlmək də lazımdır axı. Saatlarla ayaq üstə dayanmaq da bir şey deyil. Boş skamya tapan kimi külfəti yönləndirdim ora. Bibimqızı ilə mən getdik sorğuya. Bu da bizim üçün önəmli məlumatları almaq üçün idi. Qeydiyyat hansı pəncərədə olacaq, vaxt və daha sonra haraya yaxınlaşmalı olacağımız və s. Uzaqda bu görüntünü görmüşdüm amma necə edim bu fotonu əldə edim deyə fikirlər bu yorğun beynimdə fırlanırdı. Nəhayət üsul tapdım. O da külfəti o biri skamyalardan bu tərəfə yönləndirmək oldu. BaŞ işləyir də)))😂😂😂

2022-09-11 21-12-30.png

Çox maraqlıdırki, aeroportda bu dərəcədə gücləndirilmiş iş rejimi fəaliyyət göstərir, çöl pişiklərin buralarda nə işləri var? Necə rahat gəzə bilirlər ? Əşşi heyvandı da. Sadəcə elə rahatlıqla oturmuşdu ki, bir anlığa düşündüm ki, bu da harasa uçacaq?😀😂 Panyatkalı çıxdı yer verdi, əvəzində #steemitazerbaijan -ın tarixinə düşdü ... 😂 Dostlar hələlik bu qədər. Danışmağa başlasam post uzana-uzana gedəcək😂😂😂

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram.🙏🏻

ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH...🤲

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.031
BTC 58948.02
ETH 2507.62
USDT 1.00
SBD 2.47