🌹Club5050🌹Bir Termosun Monifesti😂😉😍(100% beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Hərf səhvlərinə görə öncədən üzr istəyirəm🙏

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyir... Necəsiz? Nə var, nə yox? Salamatçılıqdı? Bu gecənin səssizliyində kimlərsə yatıb istirahət edir, kimlərsə smenə gəlir, kimlərsə smendən çıxır, kimlərsə "4 saatımı beləcə yola verdim deyir(yəni Mən)" kimlərsə də post yazır vaxtla dirəşir(bu da Mən)😂 Məndəki, həvəsə bax işimi-gücümü atıb post yazmağa can atıram. Həvəsdənsə Məsuliyyət desəm yerinə düşər. Düzdü həvəsin də öz yeri var amma əsas məsuliyyətdir. Bir təhər də olsa vaxt tapıb bu postu başa çatdırmalıyam. Zaman həmişə bizim ziyanımıza işləyir. Bunu vaxtında doğru-düzgün qiymətləndirməyi bacarmaq lazımdır. Dostlar ümid edirəm ki, vəziyyətiniz yaxşı olar. Bir çox şey istədiyimiz kimi olsa idi nə yaxşı olardı...Sözümün canı vareee. Xırda müddətlik steem qalxsaydı da bəhrələnərdik😉 Əsmər Oğlanın dərdi var😂 Nəisə bir balaca şit zarafatdan(əgər zarafat demək olarsa) sonra keçim ciddi məsələyə...Bəlkə də düşünənlər hətta deyənlər olacaqki, Metal-konstruksiya başladı yenə... Nə etmək olare mənim də qazancım buradan çıxır. Düzdü bu görülən işlər tam mənə məxsus olmasa da mənim ərazimdə iş görüldüyü üçün əlverişli vəziyyətdən səmərəli istifadə etmək lazım olduğunu özümə deviz seçmişəm...

IMG_20220523_080548.jpg

Dostlar bu termos vara...Həm vacib həm də əsas sistemlərdəndir. Çünki, bir çox işlər varki, isti, qaynar temperaturda görülə bilir. Müəyyən limit var. O limiti də bu termos qarşılaya bilir. Soruşacaqsızki, necə? Çox sadəcə. İlıq bəzən də sərin su bu termosa daxil olur. Keçən postdan bildirdiyim kimi Termosun içərisində mərkəzdə spiral düzülüşlü yuxarıdan aşağıya doğru şaquli istiqamətdə boru yerləşir. Bu borunun daxilindən isə qaynar buxar keçir. Təkrarçılıq kimi olmasın qalanını özünüz əvvəlki postdan bilirsiz. Əgər oxuyan olubsa😂 Bu prosesin nəticəsində termosda daima isti su olur. Bizim bu başıbatmış, yazıq da artıq ömrünü təhvil vermişdi. Nə qədər qaynaq olunsa da artıq dəyişilməli idi.

IMG_20220523_080813.jpg

Bəli dəyişdirildi. Başqası ilə əvəz olundu. Yerinə gətirilən termos olmağa namizəd qurğu bəzi proseslərdən keçməli idi. O prosesləri bircə-bircə sadalayıb başınızı ağratmaq istəmirəm. Əsas proseslərdən biri də antipas ilə boyamaqdır. Antipas ilə boyandı. Çıxışları lazımi xüsusi qapaqla bağlı saxlanılır. Ehtiyac duyulduqda o çıxışlara ya termometr,manometr şkalaları qoyulur, yada, əlavə başqa qurğular...

IMG_20220523_085019.jpg

İstifadə olunan alət və detalların bir qismini ancaq çəkə bildim. Bu işlər səhər smenində görüldüyü üçün yuxarılardan gələn-gedən çox olur. Özümü zibilə salmamaqçün ehtiyyatımı görməliyəm. Daha yaxşı bilirəmki, çəkiliş üçün hökmən icazə almalıyam. Bu icazəyə də yox cavabı alacağımı da qətiyyətlə bilirəm. O səbəbdən də işimi sağlama alıb xırda-xırda işlərimi görməliyəm. 😉

IMG_20220523_192424.jpg

Budur artıq termos yerinə yerləşdirildi. Bundan sonra yoxlama prosesi gedir. O da çox sadədir. Yəni ki, bildiyimiz yoxlama. Bütün lazım olan vintellər birləşdirilir. Termosa su və buxar ötürülür. Və tempereturun qalxması gözlənilir. Birləşmələrdə su sızması falan olarsa problem dərhal aradan qaldırılır.

IMG_20220526_234347.jpg

Xoşbəxtlikdən böyük problem yaşanmadı. Cüzi sızmalar oldu. Bu da normaldır. Qaynar su boruları genişlədib sızmaların qarşısını alsa da ehtiyyatı əldən buraxmaq olmaz. Ehtiyyat üçün sıxılacaq hissələr açarla normal qaydada sıxıldı və su sızmalarının qarşısı tamamilə alındı. Nəhayət bütün proseslər tamamlandıqdan sonra əsas prosesə növbə çatdı. Bu da Termosun izolizasiya(bələnmə) prosesidir... Termosda temperaturu daima normal saxlamaq və xarici təsirlərdən qorumaq üçün Termosun səthi xüsusi vasitələrlə bürünür, bələnir. Dostlar hələlik bu qədər. Özünüzdən muğayat olun, ALLAHA əmanət olun...

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. ALLAH Sizdən razı olsun, postlarınız bol steemli olsun. AMİN İNŞƏƏALLAH 🤲
Sort:  
 2 years ago 

İşiniz bayağı zormuş kolaylıklar diliyorum. 🙏

 2 years ago 

O kadar da zor değil. Tekebbürlük kimi olmasın. Artıq öyrəşmişəm☺️👨🏻‍🔧

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

 2 years ago 

Thanks 🙏

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.033
BTC 64104.40
ETH 3148.52
USDT 1.00
SBD 4.25