The Diary Game -Better Life Season 3 - 10. 10.2021. Payız incəsənətdir, geridə qalanlar fəsil. .

in Steemit Azerbaijan☪✔3 years ago

Axşamınız xeyir, a millət. Bu postumun başlığındakı sözlərin müəllifi Cemal Süreyyadı. Əvvəl fikirləşdim ki, yazıçı (həm şair) bunu payızın rənglərini nəzərdə tutaraq deyib. Sonra anladım ki, bunun işin zahiri mahiyyəti ilə elə də əlaqəsi yoxdu. Payız çox geniş anlamda bir məfhumdu. Payız son bahardı. Yenidən dirilmək üçün "ölən" təbiətin son çırpınışlarıdı.

FIMO_1633864807784.JPG

Ədəbiyyat tarixində payızı çox sevən məşhurlar olub. Məsələn, Puşkin dünya şöhrətli əsərlərini çiskinli havada pəncərə önündəki divanda oturub yazarmış. Önündə də bir fincan buğlanan çay. Hərdən də əli ilə buğdan tərləmiş pəncərəni silərmiş. Payızın o yağışlı günlərində insanın özü ilə təkbətək qalması üçün şərait yaranır. Bir az da şair təbin ola, bir az da sevgi oxun daşa dəyə, bir az da sıxıntıların ola, gör nə xarüqələr yaradırsan qələminlə. Bir şair deyirdi ki, yaxşı ki sevgililərimiz biz şairlərə "otval" (oğul deyərəm bu sözün azərbaycancasını desin, mən tapammıram) verib. Yoxsa o şahanə şeirlər yaranmazdı.
Bu gün uzun sürən yağışlardan sonra hava açıldı. Mən də çıxdım dağa. Ordan bir neçə şəkil çəkdim.

FIMO_1633865041232.JPG

FIMO_1633865090188.JPG

Oktyabrın 10 - dan sonra biz tərəflərdə almaların şahı, o balaca boyu ilə bir apteki özünə sığdıran qızıləhmədi almanın dərilən vaxtıdı. Almanı yığıb bax, bu gördüyünüz qıcanın (ayıdöşəyi) içində saxlayırlar.

FIMO_1633864924034.JPG

FIMO_1633864927780.JPG

FIMO_1633864900094.JPG

Dağda bir az oturub tənbəl-tənbəl işıq saçan günəşə doyunca baxıb(bilmək olmaz, bəlkə sabah yenə hava qaşqabağın tökdü) evə qayıtdım. Sabah yenə günəşi görmək diləyi ilə
@nurengizbagirova

İşgüzar haşiyə: Bu gün şabalıd toxumu yığmışam bir az:)

IMG_20211010_094757.jpg

@steemcurator01

Sort:  
 3 years ago (edited)

Hər vaxtınız xeyir. Yazıq Biz KİŞİLƏRİN Siz QADINLARDAN nədir çəkdiklərimiz? Ehhhh GÜNƏŞ ŞÜALARI, KƏND HAVASI.. Xoş istirahətlər. Отвал- tullamaq, atmaq, zibil kimi mənalar kimi anlaşılır.
Məhsullara görə ALLAH bərəkət versin. AMİN🤲

Valla bu AMİN 🤲-lərin əppəyini yeyirik e bu steemitdə))

 3 years ago 

ALLAH hamımızın köməyi olsun. AMİN🤲

 3 years ago 

Puşkini yeniyetməlik dövründən sevirəm)
Rus dili müəlliməmiz sevdirmişdi, tam da payızda, tam da qızılı yarpaqlı budaqların sinif pəncərəmizdən az qala içəri boylandığı vaxtlarda. Təsəvvür edin, çiskinli hava, qızıl payız, Puşkin və gənc müəllimənin titrək səslə söylədiyi şeir, özü də orijinal dildə. 🙂

Puşkinin "Yevgeni Onegin"i ən sevimli əsərimdi. Dəfələrlə oxuyub hər dəfəsində də ilk dəfə oxuyurammış kimi hiss etdiyim.

 3 years ago 

Sonbahar en sevdiğim renkleri yansıtır. Harika sonbahar resimleri ellerine sağlık canım 🤗

Baycan, sonbaharı mən də sevirəm. Ama bu il çox soyuq oldu, qış kimi. Heç sonbahara bənzəmədi ki)

Şəkillər 👌

Bizim dağ😊

 3 years ago 

Şabalıd əla görünür

Bu boyda romantik post yazmışam. Adam xırdaca şabalıdı gördü ee))

 3 years ago 

🤩 super. Nurəngiz xanım elə təsvir etdin ki, 2 cümlə ilə payız gözümün önündə canlandı. isti çay, oturmuşam divanda, pəncərədən görünən qızıl payız ( hərçənd şəhərdə ancaq evləri görürsən 😀), əlimdə kağız qələm əvəzinə telefon. Qızıləhmədinin bir otruma 10 dənəsini yesəm doymaram. Dağların içərisində, meşə kimi sıx ağacların arasında və səsi dağlara daşlara düşən yaxınlığından keçən kiçik bir çay. Bəh-bəh əla yerdə yaşayırsınız. Canınıza sağılq, evinizə bərəkət arzulayıram

Sən də elə təsvir etdin ki, durub yan yörəmə baxdım. Vallah gəlin, qonaq olun. Uşaqları, xanımı da gətir)

 3 years ago 

İnşəAllah mütləq Qəbələyə gələsi olsaq qonaq gələcəyimiz evlərdən biridir həyətiniz.

 3 years ago 

Rənglərin gözəlliyi deyib susuram 😍

Coin Marketplace

STEEM 0.25
TRX 0.11
JST 0.033
BTC 64057.95
ETH 3104.17
USDT 1.00
SBD 3.90