The Diary Game / Better Life 3.Season 28.07.2021

in Steemit Azerbaijan☪✔3 years ago

Sabahınız xeyir deyə bilmirəm, çünki səhər deyil). Bu səhər yağışlı bir günə oyandıq. Əslində gecədən başlamışdı. İldırımın səsindən yer, göy titrəyirdi. Bizdə iki damcı göydən yağış düşən kimi işıqları söndürmək dəbdi. Bu dəfə də adətimizə xilaf çıxmadıq. İşıqlar söndü, gecəyarısı təzədən yandı. Xülasə, səhər ev telefonumuz işləmədi, internet də yox idi. İnternetin olmamağından istifadə edib səhər yeməyi yedim:)

Screenshot_20210728_153445.jpg

Saat onda kiçik şagirdim gəldi. Ona Azərbaycan dilindən testləri öyrədirəm. Özüm də onunla bərabər öyrənirəm desəm yalan olmaz. Məsələn, o gün burada yazdığım baramaqurdu söhbətini bu test kitabından oxumuşdum.

IMG_20210728_100517.jpg

Yusif çox maraqlı uşaqdı. Deyirəm, Yusif, birdən evinizdə qədim bir samovar olub, evinizə gələn xarici qonaq o samovarı səndən 10 min dollara istəsə satarsan? Mövzu buraya gələnə qədər Yusifə milli mənəvi dəyərlərimizdən danışmışam ha. Yusif gözünə döndüyüm qayıdasan ki, əlbəttə sataram. Neynirəm evdə köhnə samovarı 🤭 Nəysə ki, Yusifi yola saldım. Bu gün iş yoldaşımızın oğlunun toyu idi. Həyət toyu idi. Yağış da durmadan yağır. Bizdə toyunda yağış yağan adamlara deyirlər ki, aşın qazmağını nə qədər yemisən?)) Saat 1-də çətirimi başıma alıb getdim toya.

IMG_20210728_123736.jpg

Toy evi məktəbə getdiyim yolun üstündədi. Dağ dibi yolun. Kəndin lap kənarıdı buralar.

IMG_20210728_150425.jpg

Gedib çatdıq toya. Süfrədə quş südü, can dərmanı. Toy yiyəsi də qəssab olunca. Yəni toylarımıza baxanda insanımızın necə yemək içmək həvəskarı olduğu bəlli olur.

IMG_20210728_125413.jpg

Həmişə toyda deyim, ya deməyim bilmirəm))
Yenə də həmişə toyda))
Toydan gəldim. Güllərim yağışın dadını çıxarır, mən də güllərin.

IMG_20210728_163941.jpg

@steemcurator01

Sort:  
 3 years ago 

Və illərdi görmədiyim bir insanı burda görmək var imiş. Həmişə gedin toya, həmişə

O qədər şəklin içində gördüyünü gördün ha, pəs yani))

 3 years ago (edited)

Nuş olsun..Hörmətli Müəlliməmiz Canının qədrini bilir desəm yerinə düşər.Özünü tutub qlazoka..Necə ləzzət eliyir))) VALLAH Yusif sözünü oxuyan kimi, Bizim Pojarnik Yusif yadıma düşdü..Onun xarakterini fikrimdə canlandırdıqca yazılarınızı da oxuyurdum..Balaca Yusifin Böyük Yusiflə çox oxşar xasiyyətlərini kəşf etdim..No oçen vajnı Olan tərəfləri Necəki, Böyük Yusif deyir: " PUL HHARADA MƏN DƏ ORADA ")) Balaca Yusif də Samovarın mənəvi dəyərini unudub maddiyatını düşünür..Əhsən Sizə..Parlaq gələcək buna deyirlər...ALLAH hər zaman xeyirliklər nəsib etsin, biraz da pul..Həyətiniz hər zaman güllü-çiçəkli olsun...AMİN

Ay daa. Bütün Yusiflər eyni cür olurmuş))

 3 years ago 

Bibimoğlu Yusif də maşennikdi.. 1ci sinifdə oxumağına baxma özü boyda 3-4 qatı yerin altındadı)

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 63457.41
ETH 3119.12
USDT 1.00
SBD 3.94