Heyvansevməzlərə yazılmış post

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Heyvanları necə sevməz ki, adam? Məsələn, bu bizim Doplandı. Bunu necə sevməyim.

Screenshot_20210729_112913.jpg
Baxmayaraq ki, qışda məni dişləmişdi. Hətta gecə ilə xəstəxanaya gedib peyvənd vurdurmalı olmuşdum. Amma 100 faiz əminəm ki, Dopuş məni çox sevdiyindən dişləmişdi. Əslində olay başqa cür olmuşdu. Bizim iki itimiz var, təsadüfən bunlar bir yerə tuşlanıb dalaşası olmuşdular. Mən də bunları ayırası olmuşdum. Nəticədə xoşagəlməz hadisə baş verdi. Ayağımda bir balaca izi və bir balaca ağrı olduğunu nəzərə almasaq hər şey qaydasındadı. Bu isə mənim pişiyimdi.

Screenshot_20210729_112656.jpg

Bu o pişikdi ki, nənəmiz bizim evdə olmamağımızdan istifadə eləyib onu azdırıb. Qızlar hələ də dava çəkir. Nənə ilə əməllicə düşünüşüblər.

Screenshot_20210729_112716.jpg

Gözümüz təzə pişik axtarır. Bütün heyvansevməzlərin acığına bu günlərdə təzə pişiyimiz olacaq)

Sort:  
 3 years ago 

Sevginiz başacan olsun.
Amma bu yazıyla bir nəfərin bostanı daş qalaq edilib deyəsən😉)))

 3 years ago 

Vecimə də deyil, mən yenə də sözümüm üstündə dayanıram😎😎😎😎

 3 years ago 

Naxçıvan Sənə alqış deyir Babək!!!

Sabun bişirməyəcəksən, hə?)

 3 years ago 

Mən də heyvanları sevirəm. Amma onlara toxuna bilmirəm ☺️

 3 years ago (edited)

Məni xoddamıyın daaa.Başlayacağam boş-boş danışmağa)))Diqqət etsəz burada bir çox nüanslar var..1.Belə deyim var:"Çəkişməsən, bərkiməzsən..En büyük dostluqlar kavqalarla başlar". 2.Bir daha heyvanların döyüşünə girmək olmaz bunu anladınız. 3. O çox istədiyindən deyil, Sizi anlatmaq üçün dişləyib.Əgər danışa bilsəydi bunu deyərdi : Get kuxnaya yeməyini bişir, KİŞİ İŞİNƏ BAŞ QOŞMA))) Pişiklər də çox həssas heyvanlardır.Bir heyvan sevər, zooloq olaraq onu deyə bilərəmki, pişiklərin ən zərif nöqtəsi boğazıdır, Boğazını tumarladın o pişik Səndən əl çəkən deyil. Şəxsi təcrübəmə görə bu qənaətə gəlmişəm..Amma bacarasan sığal çəkməyə yaxın buraxa..Təzə Pişiyiniz də çox mübarəkdi.Xeyirli olsun AMİN🤲

Təklif edirəm ki, Orxanın rəyləri post kimi paylaşılsın🤭

 3 years ago 

Bəlkə də çox yorucu oluram..Qınamayın VALLAH özümdən Asılı olmur

Əksinə. Qızıl kimi sözlər postda olsa lap gözəl olar)

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.033
BTC 64999.89
ETH 3101.81
USDT 1.00
SBD 3.87