#club5050. 😊 Sovqat. 😊

in Steemit Azerbaijan☪✔2 years ago

Axşamınız xeyir a millət. Necəsiniz? Yadınızdadımı, Astaradan şəkillər gəlmişdi. Subtropik ləzzətlər. Bax həmin ləzzətlər evimizə gəldi. Deməli, mən Bakıda hospitallarda testlərlə uğraşarkən astaralı qudalar bizə gəlibmiş. Mənim xəstə olmağıma da çox üzülüblər təbii ki.

IMG-20211130-WA0026.jpg

Astara əhli Qəbələ əhlini çox sevmiş. Bu arada sizcə, qızıləhmədi alma feyxoanı döyərmi? Məncə, döyər. Amma feyxoanın kompotu əla olur.

IMG_20211201_211048.jpg

Azərbaycan mentalitetini çox da bəyənmiş hesab olunmuram. Amma qonaqpərvərliyimizə söz ola bilməz. Həm qonaq məsələlərinin bir gözəl tərəfi də var axı. Sovqat məsələləri. Cənub zonasının qəşəng meyvələri var. Hamısından gəldi bizə.

FIMO_1638378549355.JPG

Srağagün Bakıda mandarinin kilosunu 1 manat 50 qəpiyə aldım. Adı da tələbə qızlara ana payı idi guya ki. Allah bəlamı verməsin ki, çoxunu da özüm yedim. İndi kəndə gəlib stolun üstündə mandarinləri görəndə vicdanım sızladı, doğrusu.

IMG_20211201_211038.jpg

Hamınızın evinin bol ruzili, sovqatlı olmağı diləyi ilə @nurengizbagirova

Sort:  

Sovqatınız bol olsun, hər zaman qonaqlı olasınız.. 🙏🏻

Təşəkkürlər, qızım 😊

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.034
BTC 66258.39
ETH 3170.93
USDT 1.00
SBD 4.07