Yorğunluq...

Salam Steemit ailəsi necəsiz? Necə keçir günləriniz? Keçid alaq mənim günlərimin necə keçdiyinə🙄
Çox yorğun bir iş həftəsini geridə qoyduğum üçün özümü şanslı hiss edirəm. Artıq 2 il yarımdıkı işləyirəm. Əslində ixtisasım müəllimlikdi amma öz istəyimlə bu işlə məşğul olmuram. Hər zaman idarə işi mənə maraqlı gəlirdi. Yaşca böyük insanlarla işləmək mənə elə gəlirdiki daha asan olar. Amma hardan bilə bilərdimki hər işin özünə görə çətinlikləri var.....

IMG_20220218_170915.jpg

Son 4 aydıkı vətəndaşla birbaşa ünsiyətdə oluram. Sən demə rahat günlərim elə vətəndaşla işləyənə qədər imiş. Vətəndaşla işləmək sözün əsl mənasında məsuliyyətin özü imiş. Sən təksən vətəndaşlar çox və çalışıb elə etməlisənki həm səndən, xidmətdən razı qalsınlar, həmdə işləri asanlıqla və tez həll olunsun. Düzdü hər nə qədər "dəridən qabıqdan çıxsanda" narazıçılıq axtaran elə tapacaqda. Elə vətəndaş varki əsəbləşir səs-küy salır biraz keçən kimi səbrsiz olduğunu, başqa birşeydən əsəbləşdiyin etiraf edir. Amma bəziləri belə deyil.
İşləmək maraqlıdı ətrafında müxtəlif cür insanlar olur. İş kollektivi isə daha maraqlıdı. Hələ birdə aralarında yaşıdların varsa söhbət etmək üçün bitməz, tükənməz mövzular var deməkdir.

IMG_20220218_171058.jpg

Məktəb vaxtı tənəffüsü səbrsizliklə gözlədiyim kimi işdədə fasiləni elə gözləyirəm. O fasilədə edilən söhbətlər, müzakirələr işləməyin ən maraqli cəhətidi.

IMG_20220218_182211.jpg

İşləməyin çətin tərəfləri çoxdu amma bütün çətinliklərinə baxmayaraq işləməyə dəyər. Nece deyərlər iş insanın cövhəridir.
Belə əziz steemit ailəsi, bugünlük bu qədər. Hər birinizə xoş istirahətlər arzu edirem.
Növbəti postlarda görüşmək diləyi ilə sağlıqla qalın✨

Sort:  

Həftə sonunda yaxşıca dincəlməyini diləyirəm🤗

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65266.27
ETH 2639.14
USDT 1.00
SBD 2.84