İslam Həmrəylik Oyunları-2017

in Steemit Azerbaijan☪✔2 years ago

Steemit Azərbaycan topluluğu tərəfindən keçirilən ən maraqlı foto yarışması sayəsində bütün qalareyamı gözdən keçirmiş oldum. Və hər biri özündə bir xatirəni saxlıyan şəkillərə baxdıqca müxtəlif emosiyalar üzümdə canlandı.
Qalareyamda mənə maraqlı gələn bir sürü şəkillə rastlaşdım.

4 il əvvəli xatırladan fotoları sizlərlə bölüşmək istəyirəm.

İl---2017

Məkan----Bakı Olimpiya stadionu

Xatırlayırsızsa 2017-ci ildə Azərbaycan "İslam Həmrəylik Oyunları"na ev sahibliyi edirdi. Bu yarışların açılış mərasimi üçün 8000'ə yaxın könüllü seçilmişdi. Onlardan biridə mən idim.

Screenshot_20211120-174240_Gmail.jpg

2016-cı ilin dekabr ayında qeydiyyatdan keçdim və 2017-ci ilin mart ayında könüllülərdən təşkil olunmuş qruplara dəvət qazandım.
Mənim seçildiyim qrupun adı "İnvention" yəni "İxtira" qrupu idi.

Screenshot_20211120-172646_Gallery.jpg

Bura qeydiyyatdan keçən zaman belə fərqli və maraqlı olacağını düşünmürdüm. Hər bir qrupun özünə xas fərqli və olduqca maraqlı geyim formaları var idi.
Bizim geyimimizə görə bizə çoxları Ələddin qrupu deyirdi.

Screenshot_20211120-172305_Gallery.jpg

Təsəvvür edin hər kəs fərqli giyimdə. İndiki zamanla heç əlaqəsi yox idi. Bir anlıq özünü keçmiş zamanlarda hiss edirsən.

Screenshot_20211120-172857_Gallery.jpg

Arxada cins pencəkdəki qardaş xaric).Şəkil çəkilən an orda olmasaydı olmazdı sanki. Nəysə bu özüdə bir xatirədi.
Gələcəkdən gəlib deyək biz ona.

Biz iki aya yaxın bir müddət açılış mərasiminə hazırlandıq.
Bir neçə dost qazandım.

Screenshot_20211120-172738_Gallery.jpg

Tələbəlik illərimin ən yadda qalan anlarından oldu. Və kaş heç bitməsəydi deyəcəyim günlərdən.

Screenshot_20211120-172333_Gallery.jpg

Açılış mərasimi bitdikdən sonra geyimlər bizdə qaldı. Və hələdə evdə saxlayıram. Niyə desəz,heç özümdə bilmirəm. Bəlkədə maraqlı və fərqli geyim olduğu üçün.

Screenshot_20211120-172618_Gallery.jpg

Və sonda bu gözəl günləri xatırlamağıma səbəb olan Steemit Azərbaycan topluluğuna öz minnətdarlığımı bildirirəm. @miri97

Coin Marketplace

STEEM 0.25
TRX 0.11
JST 0.032
BTC 63706.21
ETH 3073.80
USDT 1.00
SBD 3.76