The Diary Game -Better Life Season 3 - 20.09.2021 | Maraqlı keçən istirahət günümüz

in Steemit Azerbaijan☪✔3 years ago

Salam əziz Steem Azerbaijan ailəsi.
Bu gün istərdim biraz alış-verişdən bəhs edim. Mən uşaqlığımdan bəri alış verişi heç sevməmişəm. Mənə vaxt itkisini kimi gəlib, gedib bir-bir paltar seçmək. Hətta çox zaman anam özünə bir şey alanda mənə də alırdı və mən çox xoşbəxt olurdum ki, nə yaxşı heç yerə getmədən paltarım oldu. Əslində mən bir sosial anarxist və ekologiyanı kirlətməyə qarşı bir insan kimi, bir çox "fashion" sahəsinə qarşıyam. Mənə rahat gödəkcə və şalvar olsun kifayətdir. Artıq uzun illərdir ki, mən paltarlarımı ikinci əl geyim mağazalarından alıram. "Camaatın qızının" brend deyə 90/100 manata alıb "forslandığı" paltarları, mən ikinci əl mağazaların da 3/4 manata alıram.

IMG-20210920-WA0008.jpg

Nəyə görə axı, geyinib köhnəldəcəyin paltara görə kainatı zibilləyəsən? Zibilləmək nə əlaqə dediyinizi eşitdim. Mən də izah edim. Deməli hər il nə qədər paltar brendləri çıxır və nə qədər paltar istehsal olunur, harada nə necə istehsal olunduğu vecimizə olmur, əsas odur Gucci, Fendi olsun, çünki qonşu Dümbülnisə də onlardan geyinir axı :)

IMG-20210920-WA0007.jpg

Halbuki "fashion" sektorunun qaranlıq tərəfləri var, beləki bir çox brendin ərsəyə gəlməsində uşaq işçilər istismar olunur. Hər il nə qədər istifadəyə yararsız materiallar okeanlara və kasıb ölkələrin qəsəbələrinə atılır. Dünyamız hər gün can verir və daha nələr nələr..

IMG-20210920-WA0017.jpg

Hələ dəri paltarlar geyinən insanlar, o insanlar da heç mi vicdan yoxdur? Canlı-canlı dərisi soyulan heyvanı bədənlərinə, ayaqlarına, qollarına geyinib özlərini önəmli hesab edəndə nə olur? Yəni bu qədər mı vacibdir sənə xəz? Heç mi o insanlar açıb geyindikləri paltarın necə ərsəyə gəldiyinə baxmırlar? Ah gözlərim dolur bu sətirləri yazdıqca. Mən heç vaxt dəri geyinməmişəm və geyinmək fikrim də olmayıb. Ümumiyyətlə mənimki gəzmək, oxumaq, yemək və yaşamaqdır, qalan hər bəzəkli şeyləri sevmirəm.

IMG-20210920-WA0011.jpg

Bu gün Rəcəblə Xalqlar dostluğundakı Kontakt Home arxasında yerləşən Meqa second hand-də gedib, özümüzə paltar aldıq. Nike brendinin köynəklərini aldıq. Rəcəb özünə çox qəşəng şalvar tapdı, məndə 2 dənəsini tapdım. Sonra Nazik kurtkalar tapdıq ikisinə 7 manat verdik. Deməli toplam da 3 köynək 1 şalvar, bir pencək Rəcəbə, 1 köynək, 2 şalvar, 1 pencək mənə aldıq toplam 80 manat pul verdik. Halbuki Zara da bir yay köynəyi 90 manat idi. Bizim alnımıza axmaq yazılmayıb :D

IMG-20210920-WA0010.jpg

Nəticədə qarderobumuzda yeni və brend paltarlar oldu həm də çox ama çox ucuz qiymətə. Sonra binamızın aşağısında yerləşən restorana gəldik, yeyib içdik. Çox sağ olsunlar veqanlara çoxlu alternativ yaradırlar həm də çox dadlı badımcan salatı hazırlayırlar.

IMG-20210920-WA0009.jpg

IMG-20210920-WA0015.jpg

IMG-20210920-WA0012.jpg

Sonra evə gəldik, Rəcəb çox dadlı muffins hazırladı. İlk dəfə üçün çox möhtəşəm idi. Yedik, içdik, günü bitirdik.

IMG-20210920-WA0016.jpg

Hamınıza sevgi və xoşbəxtlik, uğur və şans dolu gün arzulayıram.

Follow me on Instagram
safplanet

Coin Marketplace

STEEM 0.25
TRX 0.11
JST 0.032
BTC 62062.59
ETH 3002.04
USDT 1.00
SBD 3.77