Gədəbəy rayonu

in Steemit Azerbaijan☪✔2 months ago

Salam olsun Steemit topluluğuna. Mən bu gün sizlərlə Azərbaycanın gözəl təbiəti və dilbər guşələrindən bir olan Gədəbəy rayonu haqqında paylaşım etmək istərdim. Mən Gədəbəy rayonunda çox olmuşam, amma yenədə oranın məftunedici təbiəti, gözəlliyi və qonaqpərvər sakinləri sanki məni özünə çəkir. Mən demək olar ki, hər il imkan tapan kimi Gədəbəy rayonuna gedirəm

IMG-20211119-WA0002.jpg

İnanın buranın təbiəti o qədər gözəldir ki, insan bura gələndə geri qayıtmaq istəmir. Bura dağlıq rayon olduğu üçün havası, suyu necə deyərlər cana dərmandır. Mən Gədəbəydə olanda hər bir xırda şeylərlə də maraqlanırdım. Əsas da mənə qəribə gələn odur ki, burada yəni şəhərdə məktəbdən evə tək gedə bilməyən uşaqlar kimi Gədəbəydə də uşaqlar var. Amma xüsusi vurğulayım ki, bu uşaqlar 100, 200 bəlkə də 300 ya da daha çox qoyun-quzunu qatıb qabağına dağa otarmağa aparır. Əhsən vallah

IMG-20211119-WA0004.jpg

Mənim xətrini çox istədiyim bir dostum var, adını qeyd edim Məzahir qardaşım. Mən onlara qonaq gedirəm Gədəbəyə gedəndə. Gədəbəydə səhər tezdən durub təndirin başında isti çörək qoxusunu alan, yağlı fəsəlininin necə bişdiyini görən adamda sizcə hansı əhval olar

IMG-20211119-WA0001.jpg

IMG-20211119-WA0005.jpg

Bu tərəflərin çox məhşur bir nemətidə var ki, adı ilə tanınır. Bu motal pendiridir. Az-çox anlayışı olan adamlar motal pendiri alanda Gədəbəy motalı alırlar. Deyirəm necədə maraqlıdır deyilmi? Təsəvvür edin ki, qoyunun dərisində hazırlanıb saxlanılan və vaxtı çatanda ağız dadı ilə yeyilən bir nemət

IMG-20211119-WA0003.jpg

Ya da ki, hamımızın sevimli yeməyi olan xəngəl. Bəh-bəh əladır, dadlıdır amma bir fərqi var. Bilirsiniz bu hansı fərqdir. Deməli birincisi burada xəngəli qatıqla deyil, sarımsaqlı qurutla yeyirlər. Üzərinə yağda qovrulmuş soğan vururlar. Nəhayət ən əsasıda burada bir adama xəngəl çəkərkən boşqabda deyil, məcməyidə (padnosda) çəkirlər. Gəl yedə doyma

IMG-20211119-WA0006.jpg

Coin Marketplace

STEEM 0.28
TRX 0.05
JST 0.038
BTC 36078.33
ETH 2384.09
USDT 1.00
SBD 3.69