Alış-veriş

in Steemit Azerbaijan☪✔2 years ago

Salam Steemitçilər.Bu gün evdə artıq ərzaqlarımızın azaldığını görüb,bir az alış-veriş etmək qərarına gəldim. Mağazada endirimlərin olduğunu görüb bir neçə əlavə ərzaq da almaq qərarına gəldim.Əvvələr yadıma gəlir mağazadan hər hansı bir ərzaq alanda endirim istəyərdik. İndi isə bir çox mağazalarda bu sözə ehtiyac yoxdur. Bütün malların üzərində endirim olmasa da, ayda bir dəfə və ya bayramlara yaxın günlərdə endirimlərin olması çox xoşdur

IMG-20211116-WA0004.jpg

Artıq bizim alış-veriş etmə mədəniyyətimiz hər keçən gün sürətlə yaxşıya doğru dəyişir. İstər satıcı mədəniyyəti, istər alıcı mədəniyyəti sürətlə inkişaf edib formalaşır. Amma bir çox hallarda köhnədən qalma adətlər hələ də qalmaqdadır. Bunun da yəqin 10-20 il müddətinə düzələcəyinə ümid edirəm. Allah hər kəsin ruzisini versin, hər kəs ürəyi istədiyi kimi alış-veriş etsin

IMG-20211116-WA0005.jpg

Coin Marketplace

STEEM 0.35
TRX 0.12
JST 0.040
BTC 70597.89
ETH 3559.60
USDT 1.00
SBD 4.77