CLUB5050 📚 Bakıda İkinci Milli Kitab Satış-Sərgisi 📘

in Steemit Azerbaijan☪✔2 years ago

Xoş gördük, Steemit Azerbaijan!
Yəqin xəbərdarsınız. Bu gün 15 dekabr, Bakı İdman Sarayında ikinci dəfə Milli Kitab Satış Sərgisi açıq elan olundu.
Sərgilərin bollaşması kitab adamlarında gələcəyə bir ümid yaradıb)
Sərginin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunduğu vurğulanır. Çox gözəl, səbəb nə olursa olsun, bəhanələr nə olursa olsun, təki kitablarla əlaqəmiz çox olsun, ölkəcə kitablara tutunaq, gələcəyimizi kitablarla şəkilləndirək.

267140978_271925708249554_2040169945715737032_n.jpg
Foto Bookbox.az stendindəndir.

Sərgidə bəndənizin kitabları da stendlərə düzülüb. Keçən dəfəki tədbirdə kitablarımı stendlərə paylaşdıran dostumuz əlaqə saxladığı kitabçıların nömrəsini silibmiş) Dedim, bir səbirli olaydın dənə, ikinci tədbir olacağı ağlına gəlməmişdi)
Beləcə, özüm çıxdım yola, təbii ki, online yoldan söhbət gedir)
"Arşın mal alan" librettosundan da motivasiya alaraq başladım axtarışa)

Axtarıb tapdım səni,
Səndəmi sevdin yar məni,
Gör nə haldır görmür gözüm
Şadlığımdan dünyanı.

Beləcə, instagram səhifəsində iki kitabçıya ulaşa bildim. Hər ikisindən nacizanə stenddən foto göndərmələrini rica etdim və satışla bağlı bizləri xəbərdar etmələrini istədim. Sağ olsunlar, dərhal fotoları göndərdilər) Bol-bol satış arzulayıb gəldim Steemitə. Təbii ki, bu xəbəri əvvəl harda paylaşmalıydım? Steemit Azerbaijanda!

267258453_317305260264395_3362877248808812297_n.jpg
Foto Karamazov Kitabevi stendindəndir.

Hə, təmiz unutmuşdum. Tədbir 21 dekabradək davam edəcək. Qısa bir qeyd: "Qadının üç yaş dövrü" romanının son satışlarıdır. Kağız halda əldə etmək istəyənlər üçün son fürsət deyək)

266971536_10158799237893175_7339718249181870999_n (1).jpg

Sərgi ilə bağlı sosial platformalarda paylaşılan bütün paylaşmalar #millikitabsatışsərgisi həşteqi altında paylaşılır.
Arzunuz və həvəsiniz olsa tədbiri qaçırmayın. 🙂 @ceylanmumoglu

İmage

Sort:  
 2 years ago 

Kaş orda olaydım

 2 years ago 

Bundan sonra sərgilər tez-tez keçirələcək. İnşallah, bir gün iştirak edərsiniz.

Mütləq gedilməli. 👍

 2 years ago 

Yaxşı olar 🙂

Coin Marketplace

STEEM 0.31
TRX 0.11
JST 0.034
BTC 66441.00
ETH 3217.31
USDT 1.00
SBD 4.22