Mənə əmanət edilən silah, və ya çörək ağacı. :D || Canon EOS4000D

in Steemit Azerbaijan☪✔2 months ago

Yeni iş yerimdə ilk andan məndə gözəl təəssürat yaradan şey bax aşağıdakı fotoaparat oldu. Ofisə girən kimi ha özdə. Görər-görməz beyimdən nələr keçdi, nələr: "Super oldu ha. İllərdir, məqam axtarırdım öyrənməyə", "Özümə birin alana qədər qarşıma çıxmağına bax", "Hər gün praktika etsəm, youtube-dan dərslərə baxsam, yaxşı fotoqraf ola bilərəm" və.s nə qədər düşüncə keçdi beynimdən.

IMG_20211006_130620.jpg

Sanki axtardığım şeyləri maqnit kimi çəkirəm. Ardınca iş yerində pianonu gördüm də, bu da ayrı bir mövzu. Sonradan direktor gəldi, işim haqqında məlumat verəndə dedi ki, bəs əsas əsas işim bu aparatladır elə. Aparatı mənə həvalə ediblər, tədbirlərdə şəkilləri mən çəkməliyəm. Kamera arxasında olacam, bir sözlə. :)

IMG_20211006_130608.jpg

Nəsə. Elə həmin günü aparatla ilk məşqlərimə başlamışdım. Ateş bulan homosapiens kimi idim: bir şey olar deyə həyəcanlı və meraklı. :D

Youtube-a girdim, markanın necə bir marka olduğunu araşdırdım. Belə yola vermək üçün heç də pis deyilmiş. Ardınca direktorumuz aparatın necə işlədiyini, necə şəkil çəkildiyini öyrətdi.

İlk şəklimi də çəkdim. Nə bilim, alışdırmalar etdim. Burda paylaşmaq üçün aşağıdakı şəkli də çəmişdim. Şəklin şəklini çəkmək də demək olar.

IMG_20211006_130558.jpg

İndi qalıb bu aparatı daha irəli səviyyədə öyrənmək. Şəkil çəkmək şəxsən mənim üçün öyrənilməsi çox vacib olan bir bacarıqdır. Günün birində bu cür aparatım da olacaq, çəkiləsi xeyli mənzərəm də olacaq.

Fotorafçılığı bir hobbi halına salmaqdır hədəf. Belə olanda öyrənmək də çətin olmayacaq. Artıq 12 gündür ki, işə başlamışam və tədbirlərdə şəkilləri özüm çəkirəm. Deməzdim ki, yaxşı çəkirəm, amma öyrənirəm, ki əsas olan da budur.

IMG_20211006_130740.jpg

Bunlar işin ilk günlərindəki fotolardır. İşimin-gücümün hər gün bir tədbirdə iştirak etmək, hər hətə müxtəlif kəndlərə getmək olduğunu və ortalardan foto çəkmək olduğunu nəzərə alsaq, hələ paylaşacaq çox fotolarım olacaq.

Üzərimə düşənsə, bu qədər sıx qrafik arasında öyrənməyə vaxt ayırmaqdır.

Oxuduğunuz üçün təşəkkürlər! :)

Hə. Bu arada, yorum yazmağı da unutmayın. Bir az tənqid edin məni. Nə bilim, acılayın. :)

Sort:  
 2 months ago 

Mən şok, mən iptal

 2 months ago 

Siz yox, o şok oldu)))

 2 months ago 

Əlinizə düşən bu fürsət,bəlkədə hansısa uğurunuzun müjdəçisidi,Sevdiyiniz işlə məşğul olduğnuz üçün sevindim adınıza👍uğurlar

 2 months ago 

Sizə də sevdiyiniz işlə məşğul olmaq qismət olsun :) Təşəkkürlər

 2 months ago 

Daha nə istəyirsən, istədiyin yar idi, yetirdi Pərvərdigar 😄
Ümid edirəm, təkcə q tədbir şəkilləri görməyəcəyik, rəngarəng postlar olacaq)

 2 months ago 

Sizin rəyi oxumadan yazmışam. Qınamayın Sumqayıtın ab-havasındandı))

 2 months ago 

😊😇

 2 months ago 

Nə etmək olar. Hava çəkir də)))

 2 months ago 

@ceylanmumoglu , olacaq, olacaq. Mən yoxam, kommentləri dağıdursuz))

 2 months ago 

Bro bu hələ isinmə hərəkətləridir. Post görəndə
QIZIŞIYORUZ
. Ötüb keçmək olmur axı😉😂

 2 months ago 

Burada deyiblər : İSTƏDİYİM YAR İDİ, YETİRDİ PƏRVƏRDİGAR Bro xeyirli olsun. ALLAH köməyin olsun. AMİN🤲

 2 months ago 

Həqqi da. Yetirdi pərvərdigar) Var ol

 2 months ago 

Bahəm Qardaşım

Əladır:)
Mən hələ də siyahi turistlə bağlı paylaşacağınız postu gözləyirəm😄

 last month 

Uğurlar olsun!

Coin Marketplace

STEEM 0.64
TRX 0.10
JST 0.073
BTC 56373.67
ETH 4497.89
BNB 613.05
SBD 7.16