Soruşmasanız da olar..

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salamlar, Steemit Azerbaijan ailəsi. Necəsiz? Günləriniz necə keçir? Xatırlıyırsınızsa bir neçə post əvvəl " Verdiyimiz suallar" haqqında yazmışdım. Hansı ki, onlar bizim kəmiyyətlə maraqlandığımızın açıq göstəricisi idi.

IMG_20211217_143137.jpg

Gəlin indi də biraz "Verməməli olduğumuz" suallardan danışaq. Əslində daha düzgünün desək vurğulayacağım sualları siz yaxınlarınıza, çox uzun müddət tanıdığınız birinə uyğun üslubda verə bilərsiniz. Uyğun üslubu xüsusi vurğulamaq istəyirəm, çünki həyatın hər anında ən çox fikir verdiklərimdən biridir danışarkən ən düzgün, ən uyğun ifadəni seçmək. Bəzən düşünmədən dediyimiz söz, qarşıdaki insanın bəlkə də uzun zaman ərzində ilmə-ilmə işlədiyi xəyalını yerlə-yeksan edir.

IMG_20211217_183842.jpg
Həyatımız sadəcə yaxınlarımızdan, tanışlarımızdan ibarət deyil ki. Həyatlarını, yaşam tərzlərini, məcburiyyətlərini, istəklərini bilmədiyimiz, daha yeni tanış olduğumuz insanlara yönəltdiyimiz suallarda diqqətli olmaq lazımdır. Bizim çox səthi yanaşdığımız hadisə bir başqası üçün eyni formada ola bilməz. Cavablamaq o qədər də asan olunmayan və ya istənməyən suallar vardır.
Soruşmasanız da olar..
📍Hələ işə girməmisən?
📍Universitet oxumamısan? Niyə?
📍Hələ də ailə qurmayıbsan?
📍Biraz kökəlmisən?
📍Uşağınız olmur, hə?
İnsanlardan hal-əhval bilin, necə olduqlarını soruşun, söhbət tapmırsınız havadan-sudan danışın, başa düşək ki, bəzi məlumatları bilməsək də olar☺️
Belə, dəyərli Steemit Azerbaijan ailəsi, görüşənədək oxuduğunuz üçün, minnətdaram🙏🏻

Sort:  
 3 years ago 

Ən çox məni bezdirən sual, subaysan niyə?😁

Daha nə qədər nümunə göstərmək olar..😄
Rəyiniz üçün təşəkkürlər:)

 3 years ago 
  • qarşıdaki insanın bəlkə də uzun zaman ərzində ilmə-ilmə işlədiyi xəyalını yerlə-yeksan edir.
    Bir ifadə ancaq bu qədər mükəmməl ola bilərdi. Gözəl post üçün təşəkkürlər 👍🙂.

Təşəkkür edirəm, çox sağol☺️🙏🏻

Bəli hər kəs hər şeyi bilmək məcburiyyətində deyil☺️ Sağolun xanım qız maraqlı post üçün

Elədir, bəli🤝🏻
Siz də sağolun🙏🏻

 3 years ago 

Bəzən insanlar duracağı yeri bilmədikləri kimi, danışacağı sözlərin qarşısında yaradacağı təəssüratdanda xəbərsizdilər. Bəzilərinin məqsədi pis olmasada insanığda, olur yalnış anlaşılmalar. Təşəkkürlər post üçün 🌸

Doğru fikirlərdir, təşəkkürlər🙏🏻💜

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65749.81
ETH 2665.39
USDT 1.00
SBD 2.86