bal arısı

in hede-io •  5 months ago

arilar-01.jpg

Şəkil

bal arısı toplu halda yaşayan əsasən 1,2 sm uzunluğa malik apis cinsindən olan arıkimilər fəsiləsinə aid canlıdır. baş və bədən hissədən ibarət olub bədən hissəsi az tüklüdür. bədən hissəsi başdan sona qədər sarı tüklərlə və qara zolaqlara örtülüdür. baş hissəsində iki böyük mürəkkəb göz ve üç sadə göz, yerləşmişdir. həssas iy bilmə və görmə qabiliyyətinə malikdir. əsasən toplu halda 80,000 qədər arı tək bir təhnədə ailə olaraq yaşaya bilər. bir arı ailəsində işçi arılar, ana arı ve erkək arılar yaşayır. erkək bal arıları, sadəcə ana (kraliça) arı ilə cütləşmək üçün yaşayırlar və cütləşmə zamanı onların cütləşmə orqanlarının düşməsinə səbəb oluduğundan bu arılar ölürlər. ana arı bir çox erkək arıdan 70 milyona qədər sperma toplayar. 16-cı əsrə qədər ana (kraliça) arının kral olduğu bilinirdi. lakin hollandiyalı alim jan swammerdam bu arını parçalarına ayırıb araşdırma aprdığında onun bədənində yumurtalıkları kəşf etdi. ana arı digər arılardan fərqli olaraq daha zəngin qida ilə (arı südü) qidalanaraq tam 16 gün işərisində yetişkin olaraq çıxar. ana arıların çıxma dönəmində bir neçə ana arı olsa da son bir dənə qalana qədər döyüşərlər və beləliklə hər arı ailəsində bir ana arı yaşayar. yeni çıxan ana arıları təhnənin köhnə ana arısına hücum edirlər. o da yeni bir koloniya quraraq bir dəstə arı ilə təhnəni terk edir. bu cür bölünmə arıçılıqda veçə verme adlanır. bu şəkildə arı ailəsi ikiyə bölünmüş olur. güçlü olan genç kraliça arı, təhnənin içində və çölündə şərait əlverişli olarsa gündə təxminən 2000 yumurta qoya bilər. işçi arıların hamısı dişidir. işçi arılar 6 həftəlik ömürlərinin hamısını ailədəki bütün işləri yaş müddətinə görə bölüşdürərək yerinə yetirirlər. onlar təhnədəki lazımsız tullantıları çölə atır, çöldən içəriyə daxil olmaq iştəyən yad həşəratları məhv edərək ailənin təhlükəsizliyini qoruyur, yumurtaları qidalandırır və ana arının əmələ gəlməsi üçün arı südü hazırlayırlar. onlar ən azı 5 kilometr uzaqlıqda nektar toplayaraq təhnəyə qayıdırlar. hər bir ailənin özünəməxsus iyi olur və bu iy sayəsində onlar öz ailəsini tanıyir.


Posted on Hede.io - Knowledge Sharing Dictionary
Read this entry or all entries about bal arısı.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Təşəkkürlər maraqlı idi.

·

Minnətdaram