Həyatda olan ədalət və ədalətsizliklər
Bugün ədalət və ədalətsizlik haqqında biraz məlumatlanmaq və məlumatlandırmaq istəyirəm. Belə ki yaşadığımız həyat günü gündən inkişaf edir dəyişir və fərqli bir mənzərə alır. Bu həyatın hər qarışında minlərlə insan xəyalları arzuları yaşlanır və bəzən yox olur bəzən də ümumən hər şey başdan ayağa çevirilir tərsinə. Bunu düşünsək bu dünyada heç də.hərşeyin həmişə yaxşı və ya həmişə pis olacağı qənaətinə də gələ bilmərik. Bunlara diqqət yetirdiyimizdə isə hərşeyin fərqli olduğu bu həyatda ədalət və ədalətsizlik anlayışları necə olar kimi ifadələr də insanın beynini qurcalayır və.insan istər istəməz cavab tapmağa çalışır. Bu cavab axtarmaqları bəzən bir insanın on illərinə səbəb olur. İnsanlarda ədalət anlayışı ümumi ədalət anlayışından fərqlidir..İnsanlar özləri üçün və ya gördükləri ədalətdən söhbət edərlər. Lakin real ədalət isə anlaşılmayan və bəzən və yaxud da daha çox hakimlər tərəfindən də düzgün görülməyən qanun və şəriyyətdəki ədalətdir. Bu ədalət tərəfsiz bir məsələdir və tərəfsizliyin özü ədalətin başlanğıcıdır.
Hər kəsə ədalətli olmağı arzu edirəm.
Posted from my blog with SteemPress : https://alfren.000webhostapp.com/2019/03/h%c9%99yatda-olan-%c9%99dal%c9%99t-v%c9%99-%c9%99dal%c9%99tsizlikl%c9%99r