Mauqili
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
photo
Mauqlini tanımayan, eşitməyən, kinosuna, cizgi filmlərinə baxmayan yoxdur. Uşaq vaxtı mauqlinin kinosuna, cizgi filmlərinə çox həvəslə baxardıq. Bilmirəm belə bir hadisə olub ya yox, ancaq bütün dünya mauqilini taniyir. Eşitdiyimə görə Rüstəm Zalın da mauqili kimi bir həyatı olub. Yəqin hər xalqın öz mauqilisi var imiş. Mauqilinin heyvanlarnan dil tapması normal bir hadisədir. Ola bilər də belə hadisələr. Tarixdə belə uşaqlar tapılıb. İnternetdən axtarıb, baxa bilərsiniz. Meşədən vəhşi uşaqlar tapıb cəmiyyətə uyğunlaşdırmaq istəyiblər, lakin heç biri uyğunlaşmayıb. Biri xəstələnib, birini maşın vurub, biri dəli olub, heç biri sağ qalmayıb. Bu həyata uyğunlaşmayıblar.
photo
Deyilənə görə bu şəkildə gördüyünüz adam həqiqi Mauqilidir. Belə mauqilərdən sosial şəbəkələrdə çoxdur. Hərə bir şəkil qoyur yazır ki, Mauqlidir. Od olmayan yerdən tüstü çıxmaz, yəqin belə hadisələr olub, sadəcə bir az şişirdirlər. Televiziyada mauqilinin "multiki' gedirdi, o xaricilərin bir Mauqlisi var, yaxşı musiqiləri var, ayı super oynayır orda, ona baxırdım. Düşündüm ki, bu gün də Mauqlidən yazım. Bilmirəm Mauqili olub olmayıb, ancaq onu bilirəm ki, Mauqilinin "multiki" bu postu paylaşmağımın səbəbi oldu.