Sevgi, sevinc, xoşbəxtlik.
Xoş gəlsin o sabahlar ki, açıldığında sən yuxudan sevinclə, könüllü oyanırsan və yox olsun o sabahların gecəsi ki, onun sıxıntısı sabahını dinc açmağa imkan vermir. Həyatımızdan o insanların adı, özü silinsin ki buna səbəb olurlar. Qapılarımız o kəslərə açılsın ki, onlar bizi indi və daima xoşbəxt hiss etdirəcəklər.
Dünyanın daha yaxşı bir yer olması üçün ona qarışmalısan, müdaxilə etməlisən. Çünki hər kəsin bu dünyada bir haqqı var və əgər sabah mənim dünyam başqasının axmaqlığına görə bərbad yerə dönsə bu mənim ona bu haqqı tanıdığım üçündür. O zamansa şikayətlənmək yerinə baş əyməliyəm. Mənsə nə baş əyən cinsdənən, nə də neytral qalan. Dünyaya gül də əkə bilərsən və mənim dibçəklərim ən gözəl gülləri yetişdirir.