Sən, sən ol.
Sağalmaq istəyirsənsə yaralarını aç. Başqalarına etiraf edə bilməsən belə özün bilirsən. Sən hər şeyi ən yaxşı görənsən. Bir gecə çırpınışlarla oyanmaq istəmirsənsə oyaqkən çırpın. Qəbul et ki, sənin həyatında indi filan məsələ var və bir gün keçib getsə də indi səni incidir. Ört-basdır eləmə ki, bir gün basdırdığın yerdən çıxmasın. Ağlamaq istəyəndə hönkür. Qışqırmaq istəyəndə səsini boğma. Hər şey yoluna düşəcək və bu yola düşənədək yola hazırlaş. İncinmək qorxulu deyil sən özünü qorxutmasan.
Həyat isə bəzən yayın istisində yağış yağdıran bulud kimidir. Üşüdüyünü düşünmək yerinə, düşün ki, yağışla bütün ağaclar yuyuldu. Sənin həyatının ağacları və yeni, daha güclü sənin fidanları da bu yağışla və hətta qarda belə baş qaldırıb böyüyəcəklər.
başarılı bir yazı