Rəqib.

in Steemit Azerbaijan☪✔4 years ago

Həyatdakı tək rəqibim özüməm. Savaşım ancaq özümələdir. Bəzən özümlə və bəzən də ancaq özümə. Yolun yarısında özümü tərk edib gedə də bilirəm, sona qədər dirənə də. Çatışmazlıqlarım məni yormur, yaşamaq üçün daha bir stimul verir ki, onları tamlayım və bu da məni aktiv hala gətirir. Düşünürəm, düşünməyi sevirəm, düşündükcə var oluram. Duyğularım belə özüməməxsusdur. Ya çoxam, ya da yoxam. Bəzən dənizin fırtınası qədər coşqunam, bəzən bir o qədər əksi sakitəm. Özümü sevirəm.

IMG-20220323-WA0003.jpg

Özümdən ona görə razı görsənirəm ki, narazı tərəflərimi heç kimə demirəm. Qüsurlarımdan danışmağı sevmirəm və düzgün hesab etmirəm. Getdikcə içimdən bütün mənfi duyğuların çıxdığını hiss edirəm. Sanki bulud heç durmadan illərlə yağışını yağdırıb və sonda rahat nəfəs alıb. Mən indi həmin o buludam. Lakin indi boş deyil, daha ağıllı yaxşıyam. Ruhumun şəxsiyyət vəsiqəsinə imza atmağa hələ var, mənə qalan isə bu müddətdə yaşamaqdan zövq almaqdır.

IMG-20220323-WA0004.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.31
JST 0.077
BTC 63501.69
ETH 1664.92
USDT 1.00
SBD 0.41