İnsan və nəfs.

in Steemit Azerbaijan☪✔4 years ago

İnsan nəfsinə sahib çıxa bilmədi, özünü də o qədər yüksəkdə gördü ki, pis əməllərini yükləməyə varlıq axtardı və tapdı - ŞEYTAN!
İnsan iddia etdi ki, əgər şeytan olmasaydı o heç vaxt yolunu əyməzdi, ona uymazdı və mələkdən üstün olduğunu isbat edərdi. Lakin insan düşünmədi ki, görünən əməllərin görünməyən qüvvəsi olmur. İnsan səhvi içində ən çox qadağa etdiyi şeydə edir-öldürür, şər atır, qısqanır və sairə.

IMG-20220119-WA0002.jpg

Səhvlər şəxsə görə dəyişir, çünki səhvlər insanın öz seçimləridir. Biri qəzəbləndikdə özünü, digəri başqasını öldürürsə, demək ki, biri potensial qatil olub, digəri potensial cəsəd. İndi sən oturub günahını yükləməyə güclər, varlıqlar axtar, sonunda eşidəcəyin tək şey "etməzdin" olacaq. Məntiqli deyilmi? Etməzdin. İçindəki şeytanla-özünlə üzləşmədikcə sənə heç bir ayın bayramı yoxdur. Bacarmısansa bayramın mübarək!

IMG-20220119-WA0001.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.075
BTC 64482.23
ETH 1686.47
USDT 1.00
SBD 0.42