Sənayedə planlı əksiltmə.

in #steempress8 years ago (edited)

Hər kəsə salamlar, bu gün Azərbaycanda oyanan, Azərbaycanda doğulan, Azərbaycanda ölən kəsə uğurlar arzulayıram. Yaşayaraq ölü olanların sayı faktiki olaraq ölü olanların sayından çox olan bir ölkənin sabahı xeyir. Möhtəşəm mənzərə var. İnsan mənzərələri.

Mövzumuz bu deyil, mövzu sənaye və istehsalatda "planlı əksiltmə" metodlarıdır. Nədir "planlı əksiltmə"?

ampul.jpg

1

Müasir dünyamız texnologiyaların, yüksək inkişaf etmiş elektron məhsulların əsirinə çevrilib desək azdır, dünya oyuncaqdır bu inkişafın qarşısında.

Texnologiyaların, yüksək səviyyəli elektron məhsulların istehsalı insanları həmişə özünə cəlb edir və dünya durduqca da edəcəkdir, çünki durmadan yeni-yeni icadlar, kəşflər ortaya çıxır. "Kvantium, endüstri 4 yani" 😀

Keçən əsrin əvvəllərində dünyanın müxtəlif inkişaf etmiş ölkələrində hər şeydən əlavə sənaye və istehsalatda keyfiyyətə önəm verilməsi birinci sırada idi. Bütün firma və zavodlar keyfiyyətli məhsul istehsal etməklə bir-biri ilə rəqabət aparır, daha çox gəlir əldə etmək istəyirdi. Bunu bacara bilirdilər. Bəs nə oldu, nə dəyişdi? Keyfiyyətə yox kəmiyyətə önəm verilməyə başlandı?

Örnəyi versək, belə bir test keçirsək, məsələn biz bir mobil telefon alaq son model. Hər şey əladı, telefon qoz kimi işləyir, proqram təminatı və işləmə sürəti normal vəziyyətdə. Bu əksiksiz işləmə tam da həmin telefonun yeni modeli istehsal olunana qədər olur. Necə deyərlər həmin vaxt "xiyar əyri bitir". Telefon alarkən bizə maksimum 1 il zəmanət verilir, özünüz özünüzə heç sual vermisiniz nədən bir il? Bu 1 ildən sonra nə dəyişir? Çox şey dəyişir, proqram təminatında nə cür "xoşxasiyyət viruslar" dan istifadə olunub bilmirik, bildimiz bir şey var, telefon artıq əsəb gərginliyi yaradır, işləmə tezliyi ölüb, tez-tez donur, reklamlar da gözümüzə girir, faizsiz kreditlə yeni telefona sahib olun zad. "Faizsiz kredit" özü bir başka yazının mövzudur. A kişi, faizsiz kredit olur? Şüuraltı səni təhrik edirlər ki, telefonunu dəyiş, yenisini al, "lənətə gəlmiş kapitalistlər"

Ha deyirəm mövzuya gəlim, söhbət quzunu qurda verir. Hə, deməli, 1800-cü illərdə Edison elektrik lampasını icad edəndən sonra aləm dəyir bir-birinə. Amerika bir şirkət başlayır elektrik lampası istehsal etməyə. Elə bir keyfiyyətli məhsul istehsal edirlər ki, 1901-ci ildə istehsal olunmuş lampa hələ də yanır, təsəvvür edin, 117 ildir xarab olmayıb, kiçik bir yanğınsöndürən binasında illərlə istismar olunur. Bu xarab olmayan lampanı izləmək üçün müşahidə kamerası quraşdırılıb, təsəvvür edin ki, o kameradan ikisi istismar müddətini başa vurub, dəyişiblər. Sizdə google-da 117 ildir yanan lampa yazsaz onu canlı izləyə bilərsiniz. Söhbət yenə uzandı.

maxresdefault (1).jpg

2

İstehsalçılar bir araya gəliblər ki, bəs bir lampa 1000 saatdan artıq işləsin və xarab olsun, öz aralarında razılığa gəliblər, beləliklə hansı şirkət bu qaydaları pozarsa cərimə edilir. İstehsalda planlı əksiltmə dövriyyə girmiş olur.

İstehsalın, sənayenin hər bir sahəsində bu tendensiya müşahidə olunur. Məsələn, 2008-ci "Toyota Prado" markalı avtomobillərdə səhvən keyfiyyətli istehsal olunması şirkətin həmin ildə ziyanla işləməyinə səbəb olmuşdur. Acınacaqlı vəziyyət 😀.

Maşın almaq istəyən şəxslərin nəzərinə 2008-ci il buraxılış "Prado" alsaz uduzmazsız, day bundan artıq nə deyim? 😀

Şirkətlər məhsullarından deyil, o məhsulların ehtiyat hissələrindən daha çox gəlir əldə edir. Məsələn, "filan maşın ucuzdu, zapçastı baha" deyimi elə-belə yaranmayıb. Vardır bir hikmət.

Deyirəm, o Amerikadakı lampa iki dəfə dünya müharibəsinə, neçə dəfə dünya çempionatına şahidlik edib,futbol üzrə. İmperatorlar taxtadan düşüb, yeni dövlətlər yaranıb, Sovetler yaranıb, çöküb o hələ də yanır. Azərbaycanda son 100 ilin ən dəhşətli istiləri qeydə alınır, o hələ də yanır. Axşam Belçika Braziliyaya qalib gələcək o hələ də yanacaq.

Düşünün bəylər, insanoğlu çox şeyə qadirdir, sadəcə pul daha şirindir. Lənətə gəlmiş kapitalistlər.


Posted from my blog with SteemPress : https://wolfofsteemit.000webhostapp.com/2018/07/s%c9%99nayed%c9%99-planli-%c9%99ksiltm%c9%99

Sort:  

Azərbaycanda ölən kəsə uğurlar arzulayıram. Yaşayaraq ölü olanların sayı faktiki olaraq ölü olanların sayından çox olan bir ölkənin sabahı xeyir.

😂😂😂 sözün ustadısan. Ölülərə salam hələ Cəlil Məmmədquluzadənin vaxtından qalıb. Ölkə var amma boş. Millət lazım ki, dövlət olsun.

....!!! :)

Təşəkkür edirəm, zaman ayırıb oxuduğun üçün. Yaxşılar bizimdi, pisləri qamçılayaq bəlkə düzəldi.

Mən təşəkkür edirəm gözəl blog üçün. Ən pis cəhətimiz o qədər passiv insanlarıq ki, həttda mövzunu oxumadan ona şərh yazırıq. Anlamamış banlayırıq. Qarşı tərəfi də təriflətirik. O da təşəkkür bildirir. Nəyə görə? Oxuduğuna görə.
Savadsızlıq artıq sümüklərimizə, rüşvət qanımıza, qardaş deyib öz mənfəətimiz üçün yalan danışmaq ruhumuza işləyib. Bəsdir..... özümüzü aldatmayaq.

Daima uğurlar arzulayıram!!!

Bu arada steempressə də təşəkkür düşür, bizə bu imkanı yaradıb.

O zaman təşəkkürlər steempress

Maraqlı paylaşımdı. Sönməyən lamba

Təşəkkür edirəm.

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by wolf from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, theprophet0, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.077
BTC 65395.07
ETH 1715.38
USDT 1.00
SBD 0.41