Öyrənməyin vacibliyi

in #tr6 years ago
Kitaplar, Sayfaları, Ãykü, Hikayeler, Notlar

Həyat dediyimiz bu məchulluqda öyrənməkdən daha vacib nə ola bilər? Bilinməz bir diyarda anlamaya çalışmaq görə biləcəyimiz ilk şeydir. Anlamaya çalışmanın bir sonrakı mərhələsi anlamadığımız yerləri öyrənməkdir. Diqqət edirsinizsə söhbət öyrənməkdən gedir, oxumaqdan yox. Hər ikisinin özünə görə yeri var. Amma öyrənmək oxumaqdan daha vacibdir. Başa düşmək istəyənlər öyrənməzlərsə anlayış şəkilləri yarımçıq qalır. Öyrənmək, araşdırmaq anlamanın ən böyük köməkçisidir. Bir məqsədlə - məsələn həytı anlamaq üçün - öyrənmək isə ən qalıcı öyrənmə yöntəmidir.

Anlamaya çalışmaq, öyrənmək, öyrətmək və məchulluğa toxunmaq insanlığın ən böyük xüsusiyyətləridir. Var olmaq bir şeylər bilməkdir. Bir nəfər əslində bir fərd olduğunu bilir və dərk edir. Necə ki başqa zamanlarda və şərtlərdə fərdlərin bilgisi tamamilə başqa ola bilir. Bilmək yeganə fərqdir. Digər bütün fərqlər, görüntülər, bazalar sıradandır. Təbiətdə bilməkdən qeyri bir fərqə rast gəlmək mümkün deyil. Bilməyi artıran öyrənmə yöntəmi də təriflənəcək ən böyük şey olur. Öyrənmək bir şəxsin ən böyük ölçü vahidi ola bilər. Bir nəfər nə qədər öyrənməyə həvəsli və qapıları açıqdırsa o qədər də şəxsiyyət sahibidir.

Öyrənməyə qarşı olmaq da ən pis əməllərdən biridir. Daha əvvəl həyatın dəyişkənliyindən və bilinməzliyindən (məchulluğundan) bəhs etmişdim, ən böyük işin maraq etmək və anlamaya çalışmaq olduğunu vurğulamışdım. Anlaşılması çətin olan bir həyatda, məchulluq macerasında, bilməyə və öyrənməyə qarşı çıxmaq səfehlikdir. Öyrənən bu maceraya mütləq şəkildə fayda etməyə çalışar. Öyrənməyin də dəyəri olmaz.

ÖYRƏNMƏYİN MƏQSƏDİ


Bütün öyrənmələrin təməlində anlama istəyi var. Yalnız nə üçün anlamaya çalışdığımız önəmlidir. Həyatın içindəki kiçik məsafələr, təbii hadisələr, məsləklər və sosial məşğuliyyətlər öz sahələrində qalıcı olaraq öyrənməni bizə təmin edər. İmtahandan keçmək üçün öyrənmək, imtahandan sonra həmin öyrəndiyimizin unudulmasına yol açar. Diplom üçün öyrənmək diploma alana qədər olan zamanı zibil qutusuna atmaqdır. məslək üçün öyrənmək sadəcə məsləkdə işə yarayar. Halbuki ən böyük iş, həyatı başa düşə bilməkdir. Həyatı başa düşməyə çalışsaq ona dair hər şey ağlımızda qalar.

Öyrənmə bir hədəfə sahib deyilsə qalıcı olmaz. İnsan sadəcə lazım olanı ağlında daşıyır. Nə üçün öyrəndiyi çox önəmlidir. Keçici bir məqsəd üçün öyrənmək keçici öyrənmədir. Həyatı kəşf etmək üçün öyrənmək həyat boyu qalıcıdır. Həyatın bilinməzliyinin fərqində olanlar hər şeyi asanlıqla öyrənir. ƏN önəmli iş bilinməzliyin fərqində ola bilməkdir. O zaman öyrənmək həyat üçün, həyat boyu öyrənmə olur.

Həyat bir bilinməzlik, bir boşluqdur. Əslində edə biləcəyimiz tək şey bu boşluğu doldurmaqdır. Ən dolu şəkildə doldurmaq da öyrənmə və anlama yoludur. Bu bilinməzlikdə ən böyük instinkt maraq, ən böyük məqsəd anlamaq, ən böyük məşğuliyyət öyrənmək olmalıdır. Qalıcı öyrənmə də öyrənməyi məqsəd etdiyimizdə gerçəkləşir.

Hər şeyi bilmək istəyən, hər şeyin anlamını kəşf etməlidir. Bir məqsədlə deyil hər şeyi əsas gətirərək, həyatı anlama məqsədi ilə hərəkətə keçməlidir. Bu böyük hədəf bir bilgi təcrübəsi ilə gələcək və həyat boyu öyrənməmizi təmin edəcək. Hər şeyi bilmək hər şeyi, həyatı maraq dairəsində tutmaqla mümkündür.


Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/oyr%c9%99nm%c9%99yin-vacibliyi/

Sort:  

Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 67700.29
ETH 3795.87
USDT 1.00
SBD 3.50